ARDNF-də “Uğurlu Səhm” müsabiqəsinin ilkin mərhələsi başa çatıb və iştirakçılar üçün təlim sessiyası keçirilib

Ümummilli Lider Heydər Əliyevin anadan olmasının 100-cü ildönümünə həsr olunmuş tədbirlər planı çərçivəsində Azərbaycan Respublikası Dövlət Neft Fondunda tələbələr arasında start verilmiş “Uğurlu Səhm” (Stock Pitch) müsabiqəsinə müraciətlər başa çatıb və ümumilikdə qeydiyyatdan keçən 62 komandadan 33-ü növbəti mərhələyə vəsiqə qazanıb.

Ümumi sayı 28 olmaqla, 16 yerli, 12 isə xarici universitetdə təhsil alan tələbə və məzunlar müsabiqədə iştirak etmək üçün qeydiyyatdan keçiblər.

27 sentyabr tarixində ilkin mərhələ olaraq seçilmiş 100-ə yaxın komanda üzvünə Fondun “Uğurlu Səhm” qrupunun nümayəndələri, İnvestisiya departamentinin Səhmlər və alternativ investisiyalar şöbəsinin baş treyderi Nigar Əzizova və treyderi Reyhan Şərifli tərəfindən təlim keçirilib, eləcə də, növbəti mərhələ üzrə səhmin seçimi və təhlili üçün müvafiq göstərişlər verilib.

Sonda komanda üzvlərinin suallarını cavablayan “Uğurlu Səhm” qrupunun nümayəndələri, onlara öz tövsiyyələrini bildiriblər.

Qeyd edək ki, tələbələrin investisiya seçimi və təhlili bacarıqlarının, eyni zamanda bu sahə üzrə biliklərinin inkişaf etdirilməsinə töhfə verəcək müsabiqənin yarım-final və final mərhələləri cari ilin noyabr ayında baş tutacaqdır.

Related posts

POS-terminallardan istifadə ilə bağlı nəzarət tədbirləri davam etdirilir – Foto

COP29 çərçivəsində SOCAR ilə “Tree Energy Solutions” arasında Birgə Tədqiqat Sazişi imzalanıb

COP29 çərçivəsində aqroərzaq sistemlərinin dayanıqlığına nail olunması mövzusunda panel müzakirə keçirilib

Bu veb sayt təcrübənizi yaxşılaşdırmaq üçün kukilərdən istifadə edir. Güman edirik ki, bununla razısınız, lakin istəsəniz, imtina edə bilərsiniz. Ətraflı