ARDNF-də “Yay Təcrübə Proqramı”na start verilib

5 iyun tarixində Azərbaycan Respublikası Dövlət Neft Fondunda “Yay Təcrübə Proqramı”nın açılış mərasimi baş tutub. Belə ki, 955 ümumi müraciət edən tələbələrdən müsahibələrin nəticəsi olaraq seçilmiş 19 nəfər və daha öncə ADA Universitetində təşkil olunan “Karyera hazırlığı həftəsi” çərçivəsində qalib gələn 5 tələbə daxil olmaqla ümumi sayı 24-ə çatmış təcrübəçilərə Fond əməkdaşları tərəfindən təqdimatlar keçirilib.

Tədbir çərçivəsində təcrübəçiləri salamlayan İnsan resursları departamentinin baş mütəxəssisi Rəna Xalikova hər il keçirilən təcrübə proqramının Fondun işə qəbul strategiyasındakı əhəmiyyətli rolunu vurğulayıb və proqram barədə ətraflı məlumat verib. Daha sonra Risklərin idarəedilməsi departamentinin direktoru Vadim Pşeniçnıy Fondda qazandığı peşəkar təcrübə və şəxsi tövsiyələrini təcrübəçilərlə bölüşüb. İnvestisiya departamentinin Sabi̇t gəli̇rli̇ qi̇ymətli̇ kağızlar və pul bazarları şöbəsinin baş treyderi Fuad Təmirov isə Fondun investisiya fəaliyyəti və aktivlərin bölgüsü mövzusunda təqdimatla çıxış edib. Sonda, İcraçı direktorun müavininin köməkçisi Əzimə Quliyeva Fondun korporativ dəyərləri və etik davranış qaydaları barədə təcrübəçiləri məlumatlandırıb.

Ötən ilin “Yay Təcrübə Proqramı”nın iştirakçısı olmuş və hazırda Fondun İnvestisiya departamentinin Sabi̇t gəli̇rli̇ qi̇ymətli̇ kağızlar və pul bazarları şöbəsi̇ndə treydər vəzifəsində çalışan Əsgər Quluzadə də Fondla bağlı təcrübəsini tələbələrlə bölüşüb.

Sonda Fond əməkdaşları təcrübəçilərin suallarını cavablandırıblar.

Qeyd edək ki, proqramın davam edəcəyi 8 həftə ərzində təcrübəçilər, İnvestisiya, İnvestisiyalarda əməliyyatlar, Risklərin idarəedilməsi, Enerji layihələri, İnsan resursları, Strateji kommunikasiya, Hesablaşmalar, Büdcə və layihələr, Mühasibat uçotu, Satınalmaların idarəedilməsi, İnformasiya sistemləri və rəqəmsal əməliyyatlar və Hüquq kimi fərqli struktur bölmələrində real iş mühitində təcrübə və əyani tapşırıqlar üzərində işləməklə müvafiq sahələrdə praktik vərdişlər qazanmaq imkanı əldə edəcəklər.

Related posts

Xüsusi Rabitə və İnformasiya Təhlükəsizliyi Dövlət Xidmətində 2024-cü ilin birinci yarısının yekunlarına həsr olunmuş müşavirə keçirilmişdir

DOST RİM Böyük Britaniyada yerləşən “Corporate Vision” təşkilatının keçirdiyi müsabiqədə mükafata layiq görülüb

Fövqəladə Hallar, Ekologiya və Təbii Sərvətlər, Kənd Təsərrüfatı nazirliklərinin əhaliyə birgə müraciəti

Bu veb sayt təcrübənizi yaxşılaşdırmaq üçün kukilərdən istifadə edir. Güman edirik ki, bununla razısınız, lakin istəsəniz, imtina edə bilərsiniz. Ətraflı