Bu ilin yanvar-noyabr aylarında Dövlət Neft Fondundan (ARDNF) dövlət büdcəsinə transfertlər 13 milyard 274,3 milyon manat təşkil edib.
Maliyyə Nazirliyinin məlumatına görə, bu göstərici ötən ilin eyni dövrü ilə müqayisədə 13,3 % çoxdur.
Xatırladaq ki, ARDNF-in 2025-ci il üzrə dövlət büdcəsinə transfert planı 14 milyard 481 milyon manatdır. Bununla da 11 aylıq proqnoz tam icra edilib.