Home » ARDNF-nin investisiya portfelində dolların payı artıb

ARDNF-nin investisiya portfelində dolların payı artıb

by Zeyneb
0 comments 1 views 1 minutes read

Bu ilin oktyabrın 1-nə Azərbaycan Dövlət Neft Fondunun (ARDNF) investisiya portfelinin dəyəri 70 milyard 160,3 milyon ABŞ dolları təşkil edib. Bu, 2024-cü ilin oktyabrın 1-i ilə müqayisədə 8 milyard 969,5 milyon dollar və ya 14,7 % çoxdur.

ARDNF-nin investisiyalarının 67,8 %-i (47 milyard 589 milyon dollar) ABŞ dollarındadır ki, bu da ötən ilə nisbətən 0,8 faiz bəndi çoxdur.

Portfeldə avronun payı 20,3 %-dən 20 %-ə (11 milyard 987,8 milyon), ingilis funt sterlinqinin payı isə 0,2 faiz bəndi azalaraq 4,9 % (2 milyard 554,7 milyon) təşkil edib.

Yanvar-sentyabr aylarında Çin yuanının payı 0,3 faiz bəndi azalaraq 2,3 % (11 milyard 379,6 milyon), Yapon yeninin payı isə dəyişməyərək 1,4 % (140 milyon 351,9 min) olub.

Digər xarici valyutaların payı da dəyişməyərək 3,6 % (2 milyard 533,9 milyon dollar ekvivalentində) təşkil edib.

You may also like

Leave a Comment

Şirkət

Abunə ol

2023 – Bütün hüquqlar qorunur. BBN

Bu veb sayt təcrübənizi yaxşılaşdırmaq üçün kukilərdən istifadə edir. Güman edirik ki, bununla razısınız, lakin istəsəniz, imtina edə bilərsiniz. Qəbul et Ətraflı

-
00:00
00:00
Update Required Flash plugin
-
00:00
00:00

Adblock Aşkarlandı

Zəhmət olmasa vebsaytımız üçün brauzerinizdən AdBlocker uzantısını söndürməklə bizə dəstək olun.