Deprecated: Creation of dynamic property Penci_AMP_Post_Template::$ID is deprecated in /home/u208552070/domains/bbn.az/public_html/wp-content/plugins/penci-soledad-amp/includes/class-amp-post-template.php on line 46

Deprecated: Creation of dynamic property Penci_AMP_Post_Template::$post is deprecated in /home/u208552070/domains/bbn.az/public_html/wp-content/plugins/penci-soledad-amp/includes/class-amp-post-template.php on line 47
ARDNF və "Brookfield Asset Management" uzunmüddətli strateji əməkdaşlığa dair niyyət protokolu imzalayıb - BBN

ARDNF və “Brookfield Asset Management” uzunmüddətli strateji əməkdaşlığa dair niyyət protokolu imzalayıb

Azərbaycan Dövlət Neft Fondu (ARDNF) ilə “Brookfield Asset Management” şirkəti arasında uzunmüddətli strateji əməkdaşlığa dair niyyət protokolu imzalanıb.

“Report”un İsveçrəyə ezam olunan əməkdaşının məlumatına görə, imzalanma Prezident İlham Əliyevin bu gün Davosda (İsveçrə) “Brookfield Asset Management”in prezidenti Konnor Teski ilə görüşü çərçivəsində baş tutub.

Sənəd mövcud strateji münasibətlərin institusional əsasda daha da dərinləşdirilməsini, Fondun qlobal miqyasda nüfuzlu investisiya platformalarına çıxış imkanlarının genişləndirilməsini nəzərdə tutur.

Bununla yanaşı ARDNF-in “Brookfield”in idarə etdiyi fondlara və birgə investisiya layihələrinə 3-4 il müddətində ümumilikdə 1,4 milyard ABŞ dollarına qədər kapital qoyuluşu imkanlarının dəyərləndirilməsi planlaşdırılır.

Related posts

Azərbaycan Banklar Assosiasiyası Mizuho Bank ilə rəqəmsal aktivlər və süni intellekt üzrə işgüzar görüş keçirib

Azərbaycan Banklar Assosiasiyasının nümayəndə heyəti Yaponiyada işgüzar səfərdə olub

Almaniyanın BiWE təşkilatının İdarə Heyətinin sədri ilə görüş keçirilib

Bu veb sayt təcrübənizi yaxşılaşdırmaq üçün kukilərdən istifadə edir. Güman edirik ki, bununla razısınız, lakin istəsəniz, imtina edə bilərsiniz. Ətraflı