Deprecated: Creation of dynamic property Penci_AMP_Post_Template::$ID is deprecated in /home/u208552070/domains/bbn.az/public_html/wp-content/plugins/penci-soledad-amp/includes/class-amp-post-template.php on line 46

Deprecated: Creation of dynamic property Penci_AMP_Post_Template::$post is deprecated in /home/u208552070/domains/bbn.az/public_html/wp-content/plugins/penci-soledad-amp/includes/class-amp-post-template.php on line 47
AREA-nın direktor müavini Brüsseldə keçirilən ISA-in komitə iclasında iştirak edib - BBN

AREA-nın direktor müavini Brüsseldə keçirilən ISA-in komitə iclasında iştirak edib

Energetika Nazirliyi yanında Bərpa Olunan Enerji Mənbələri Dövlət Agentliyinin (AREA) direktor müavini Aygün Zeynalova Belçikanın paytaxtı Brüssel şəhərində keçirilən Beynəlxalq Günəş İttifaqının (ISA) Avropa və Digər Regionlar üzrə Regional Komitəsinin 4-cü iclasında iştirak edib.

İclasda Azərbaycanın yüksək günəş enerjisi potensialının olduğunu diqqətə çatdırılıb, bu istiqamətdə icra edilən layihələrdən danışılıb. Eyni zamanda beynəlxalq enerji şirkətləri ilə 28 QVt-dan çox “yaşıl enerji” layihələri üzrə əməkdaşlıqdan bəhs edilib, ixrac potensialı barədə məlumat verilib. Həmçinin iclasda, Azərbaycanın Beynəlxalq Günəş İttifaqına tamhüquqlu üzv olması məsələsinin vacibliyi vurğulanıb.

Tədbirdə 18 ölkədən nazirlər və yüksək səviyyəli hökumət nümayəndələri iştirak edib.

Related posts

Azərbaycan neftinin qiyməti 72 dolları ötüb

Azərbaycanda sənaye istehsalı artıb

Azərbaycan iqtisadiyyatına investisiya qoyuluşu 76 %-ə yaxın artıb

Bu veb sayt təcrübənizi yaxşılaşdırmaq üçün kukilərdən istifadə edir. Güman edirik ki, bununla razısınız, lakin istəsəniz, imtina edə bilərsiniz. Ətraflı