Deprecated: Creation of dynamic property Penci_AMP_Post_Template::$ID is deprecated in /home/u208552070/domains/bbn.az/public_html/wp-content/plugins/penci-soledad-amp/includes/class-amp-post-template.php on line 46

Deprecated: Creation of dynamic property Penci_AMP_Post_Template::$post is deprecated in /home/u208552070/domains/bbn.az/public_html/wp-content/plugins/penci-soledad-amp/includes/class-amp-post-template.php on line 47
AREA-nın direktor müavini Vyanada regional konfransda iştirak edib - BBN

AREA-nın direktor müavini Vyanada regional konfransda iştirak edib

Energetika Nazirliyi yanında Bərpa Olunan Enerji Mənbələri Dövlət Agentliyinin (AREA) direktor müavini Aygün Zeynalova Avstriyanın paytaxtı Vyana şəhərində “EU4Energy” proqramının II mərhələsi çərçivəsində keçirilən, Avropa Enerji Tənzimləyiciləri Şurasının (CEER) təşkil etdiyi “Avropa İttifaqının Şərq Qonşuluğunda Regional Enerji Bazarının Yaradılması” mövzusundakı regional konfransda “Cənubi Qafqazda regional bazarın çətinlikləri və perspektivləri” adlı panel müzakirələrində iştirak edib.

Çıxışda Azərbaycanda elektrik enerjisi ilə bağlı liberal bazara keçid istiqamətində həyata keçirilən islahatlar və bu yaxınlarda qəbul olunmuş “Elektroenergetika haqqında” Azərbaycan Respublikasının Qanununun əsas müddəalarını tədbir iştirakçılarının diqqətinə çatdırılıb. Eyni zamanda, ölkəmizdə bərpa olunan enerji sahəsində həyata keçirilən layihələr, bu sahədə mövcud ixrac potensialı barədə məlumat verilib.

Aygün Zeynalova həmçinin Avropa İttifaqı ilə aparılan enerji dialoqu çərçivəsində işlərin gedişi və əldə olunan nailiyyətlər barədə fikilərini bölüşüb. Azərbaycan təmsilçisinin çıxışı böyük maraqla dinlənilib və panel müzakirələrində təqdim olunan suallar ətraflı cavablandırılıb.

Konfransda enerji qiymətlərinin artması və bərpa olunan enerjinin inteqrasiya hədəfləri fonunda regional bazar yanaşmalarının çağırışları və imkanları müzakirə edilib.

 

Related posts

Azərbaycan Banklar Assosiasiyası Mizuho Bank ilə rəqəmsal aktivlər və süni intellekt üzrə işgüzar görüş keçirib

Azərbaycan Banklar Assosiasiyasının nümayəndə heyəti Yaponiyada işgüzar səfərdə olub

Qazaxıstan Azərbaycan və Özbəkistanla “yaşıl enerji” sahəsində sazişi təsdiqləyib

Bu veb sayt təcrübənizi yaxşılaşdırmaq üçün kukilərdən istifadə edir. Güman edirik ki, bununla razısınız, lakin istəsəniz, imtina edə bilərsiniz. Ətraflı