Deprecated: Creation of dynamic property Penci_AMP_Post_Template::$ID is deprecated in /home/u208552070/domains/bbn.az/public_html/wp-content/plugins/penci-soledad-amp/includes/class-amp-post-template.php on line 46

Deprecated: Creation of dynamic property Penci_AMP_Post_Template::$post is deprecated in /home/u208552070/domains/bbn.az/public_html/wp-content/plugins/penci-soledad-amp/includes/class-amp-post-template.php on line 47
AREA, SOCAR və “Masdar” yaşıl enerji layihələrini müzakirə edib - BBN

AREA, SOCAR və “Masdar” yaşıl enerji layihələrini müzakirə edib

Energetika Nazirliyi yanında Bərpa Olunan Enerji Mənbələri Dövlət Agentliyi (AREA), Azərbaycan Dövlət Neft Şirkəti (SOCAR), Birləşmiş Ərəb Əmirliklərinin “Masdar” şirkəti və məsləhətçi şirkətlərin nümayəndələri arasında yaşıl enerji sahəsində həyata keçirilməsi nəzərdə tutulan layihələr müzakirə edilib.

AREA-nın direktoru Cavid Abdullayev və “Cənub Qaz Dəhlizi” QSC-nin baş direktoru Əfqan İsayevin iştirakı ilə keçirilən görüşdə “Masdar” şirkəti ilə əməkdaşlıq çərçivəsində nəzərdə tutulan 10 QVt-lıq yaşıl enerji layihələrinin inkişafı ilə bağlı məsləhətçi şirkətlər tərəfindən aparılan araşdırmaların nəticələri təqdim olunub, təkliflər qiymətləndirilib.

Məsləhətçi şirkətlərin nümayəndələri təqdimatla çıxışlarında dənizdə külək enerjisinin inkişafı, dənizdə quraşdırılan turbinlərin üstünlüyü və imkanları, Xəzər dənizinin Azərbaycandakı sektorunda külək enerjisi potensialından istifadə edilməklə yaşıl hidrogen istehsalı barədə geniş məlumatlar veriblər. 

İki gün ərzində davam edən müzakirələrdə Cənub Qaz Dəhlizi vasitəsilə Avropaya yaşıl hidrogen ixracı imkanları, yaşıl hidrogenin inkişafı istiqamətləri, müxtəlif senarilərdə elektrik enerjisi istehsalı, istehlakı, gələcəkdə Azərbaycanın elektrik enerjisi tələbatında hidrogen enerjisinin istifadə imkanları barədə aparılmış araşdırmaların nəticələri barədə danışılıb, qarşılıqlı müzakirələr aparılıb.

Related posts

“ASAN xidmət” və “ASAN kommunal” mərkəzlərinə müraciət edən vətəndaşların nəzərinə!

Maliyyə naziri Sahil Babayev “Yüksəliş” müsabiqəsinin qalibləri ilə görüşüb

“ASAN xidmət indeksi”nə və “ASAN müraciət”ə dair nəticələr açıqlanıb

Bu veb sayt təcrübənizi yaxşılaşdırmaq üçün kukilərdən istifadə edir. Güman edirik ki, bununla razısınız, lakin istəsəniz, imtina edə bilərsiniz. Ətraflı