ARMB-nın168 günlük notlarının yerləşdirilməsi üzrə hərrac keçirilmişdir

19 iyul 2023-cü il tarixində Bakı Fond Birjasında Azərbaycan Respublikasının Mərkəzi Bankının (ARMB) AZ2119024704 dövlət qeydiyyat nömrəli 50 milyon manat həcmində 168 gün tədavül müddətli notlarının yerləşdirilməsi üzrə hərrac keçirilmişdir.

Hərracı zamanı 7 investor tərəfindən qiymət intervalı 9554.5662 (9.99%) manat və 9608.1170  (8.74%) manat olan 7 sifariş təqdim edilmişdir. Sifarişlərin nominal qiymətlə ümumi məbləği 37,830,000 manat olmuşdur.

ARMB-nin qərarına əsasən notların kəsmə qiyməti 9554.5662 (9.99%) manat, orta ölçülmüş qiyməti isə 9589.5207 (9.17%) manat olaraq müəyyən edilmişdir.

Hərrac nəticəsində notların yerləşdirilmiş həcmi 37,830,000 manat təşkil etmişdir.

Notların ödəmə tarixi 03.01.2024-cü ildir.

Related posts

BOKT “International” ASC-nin istiqrazlarının yerləşdirilməsi üzrə hərrac yekunlaşmışdır

Mərkəzi Bankının Notlarının yerləşdirilməsi üzrə hərrac keçiriləcəkdir

Asiya birjaları yüksəldi, Nikkei tarixi maksimumlara yaxınlaşdı

Bu veb sayt təcrübənizi yaxşılaşdırmaq üçün kukilərdən istifadə edir. Güman edirik ki, bununla razısınız, lakin istəsəniz, imtina edə bilərsiniz. Ətraflı