Deprecated: Creation of dynamic property Penci_AMP_Post_Template::$ID is deprecated in /home/u208552070/domains/bbn.az/public_html/wp-content/plugins/penci-soledad-amp/includes/class-amp-post-template.php on line 46

Deprecated: Creation of dynamic property Penci_AMP_Post_Template::$post is deprecated in /home/u208552070/domains/bbn.az/public_html/wp-content/plugins/penci-soledad-amp/includes/class-amp-post-template.php on line 47
Artıq sahibkarlar sənədlərini banka onlayn göndərə bilərlər - BBN

Artıq sahibkarlar sənədlərini banka onlayn göndərə bilərlər

Kapital Bank Müştəri Bank-da qeydiyyatdan keçən hüquqi şəxs və fərdi sahibkarlara yeni xidməti təqdim edir. Artıq sahibkarlar “Sənəd dövriyyəsi” funksiyası vasitəsilə məktub, ərizə, müraciət və tələb olunan digər sənədləri filiala gəlmədən, vaxt itirmədən, onlayn formada banka göndərə bilərlər.

Yeni imkanın özəlliyi sahibkarlara işin çox olduğu vaxtda, təcili sənədləşməni maneəsiz və heç yerə getmədən daha tez həll etməyə şərait yaradacaq. Sahibkarlar Müştəri Bank ilə bir sıra əməliyyatları onlayn həyata keçirə bilərlər.

Qeyd edək ki, Müştəri Bank vasitəsilə rahat və təhlükəsiz şəkildə bir sıra xidmətlərdən istifadə etmək mümkündür: təcili köçürmələr, büdcə ödənişləri, cari hesabın tam onlayn şəkildə açılması, əməkhaqqı layihəsinə qoşulma, əməkhaqqı kartlarına mədaxil, əməkhaqqı kartlarının sifarişi və çatdırılması biznes və sahibkar kartlarının sifarişi, ölkə daxili və ölkə xarici nağdsız köçürmələr, konvertasiya əməliyyatları, hesablara nəzarət, çıxarışların əldə edilməsi, sərəncamlar haqqında məlumat, onlayn kredit məhsulları sifarişi (overdraft, kredit, qarantiya, sürətli tender və s.) və s.    

Müştəri Bank sisteminə qoşulmaq üçün https://cb.kapitalbank.az/login inkinə keçid etmək və ya (+99 412) 310 09 99 nömrəsi ilə əlaqə saxlamaq kifayətdir. Qeyd edək ki, Müştəri Bank sistemi vasitəsilə həyata keçirilən bütün köçürmələr zamanı 25%-dək güzəşt əldə etmək mümkündür.

Related posts

“Fitch”: Azərbaycan rəqəmsal valyuta üçün ikisəviyyəli model seçə bilər – EKSKLÜZİV

Azərbaycanda banklar yaşıl layihələrə 2 milyard manat kredit yönəldəcək

ABA: Mikro biznes kreditlərinin yarıdan çoxu artıq təminatsız verilir

Bu veb sayt təcrübənizi yaxşılaşdırmaq üçün kukilərdən istifadə edir. Güman edirik ki, bununla razısınız, lakin istəsəniz, imtina edə bilərsiniz. Ətraflı