“Azərbaycan Sığortaçılar Assosiasiyası” (ASA) İctimai Birliyi və Prezident yanında Dövlət İdarəçilik Akademiyası ilə arasında qarşılıqlı əməkdaşlığa dair Anlaşma Memorandumu imzalanıb.
Bu barədə ASA məlumat yayıb.
ASA-nın İcraçı direktoru Elmar Mirsalayev bildirib ki, qurum bu günə qədər bir çox ali təhsil ocaqları ilə əməkdaşlıq edib. O, növbəti əməkdaşlığın səmərəli nəticələr verəcəyinə əminliyini bildirib.
Akademiyanın rektoru Urxan Ələkbərov isə müasir dövrdə sığorta xidmətlərinin əhəmiyyətindən danışıb, risklərin idarə edilməsində sığorta mexanizminin rolunu vurğulayıb. O, bildirib ki, Akademiyanın məzunları bir çox dövlət qurumlarında çalışırlar: “Arzuolunandır ki, bu əlaqələr sığorta sektoru ilə də qurulsun”.