“Asan imza” sertifikatı üçün KOB evlərinə müraciət edə bilərsiniz

1 yanvar 2024-cü il tarixindən etibarən vergi ödəyicilərinin e-taxes.gov.az portalındakı şəxsi elektron kabinetlərindən istifadəsi yalnız gücləndirilmiş elektron imza ilə mümkün olacaq. Vergi ödəyiciləri əməliyyatlar üçün gücləndirilmiş elektron imza əldə etməlidir.

“ASAN imza” sertifikatı almaq üçün vergi ödəyiciləri istənilən mobil şəbəkə operatorundan aldığı biznes tipli “ASAN İmza” mobil SİM kartı və şəxsiyyəti təsdiq edən sənədlə birgə KOB evlərinə də müraciət edə bilərlər.

“ASAN İmza” mobil SİM kartını KOB evlərində xidmət göstərən mobil operatorlara müraciət etməklə də əldə etmək olar.

Related posts

Qeyri-neft sektorundan vergi daxilolmaları 13% artıb

Xüsusi Rabitə və İnformasiya Təhlükəsizliyi Dövlət Xidmətində 2024-cü ilin birinci yarısının yekunlarına həsr olunmuş müşavirə keçirilmişdir

DOST RİM Böyük Britaniyada yerləşən “Corporate Vision” təşkilatının keçirdiyi müsabiqədə mükafata layiq görülüb

Bu veb sayt təcrübənizi yaxşılaşdırmaq üçün kukilərdən istifadə edir. Güman edirik ki, bununla razısınız, lakin istəsəniz, imtina edə bilərsiniz. Ətraflı