“Asan İmza” və Rəqəmsal Ticarət Qovşağı Londonda EEMA-nın 30-cu yubiley konfransında təmsil olunub

4-5 iyul 2017-ci il tarixlərində aparıcı Elektron identitet və təhlükəsizlik üzrə Avropa Assosiasiyası (EEMA)- Microsoft-un Londondakı baş ofisində keçirilən və “Məxfilik və İdentitet: İmkanlar və Çağırışlar” adlanan konfidensiallıq və elektron identitetin qlobal məsələlərinə həsr olunan 30-cu illik konfransı çərçivəsində özünün yubileyini qeyd edib.

ABŞ, Böyük Britaniya, Estoniya, Almaniya, Avstriya, Niderland, Fransa, Türkiyə, İtaliya kimi ölkələrinin və beynəlxalq təşkilatların nümayəndələri, həmçinin sənaye liderlərinin sırasında Azərbaycan da təmsil olunub.

Azərbaycanın innovasiyası olan “Asan İmza”, eləcə də innovativ dövlət Start-up-ı olan Rəqəmsal Ticarət Qovşağının tətbiqinin və işlənib hazırlanmasının nəticələri “Asan İmza” mobil elektron imzanın operatoru hesab edilən “B.est Solutions” Azərbaycan şirkətinin rəhbəri xanım Yana Krimpe tərəfindən təqdim olunub.

“Mobile ID Azərbaycanın Rəqəmsal Ticarət Qovşağı və transsərhəd elektron xidmətlər üçün təhlükəsizlik açarıdır” adlı məruzədə qeyd edilib ki, mobil identitet və imza xidməti olan “Asan İmza” dövlət və özəl elektron xidmətlərə istənilən anda və təhlükəsiz şəkildə əlyetərliliyi təmin edir və qanunvericilik səviyyəsində ümummilli identitetə bərabər tutulur. “Asan İmza” şəxsiyyəti identifikasiya etməyə, Azərbaycan Respublikasının qanunvericiliyə ilə əl imzasına bərabər tutulan elektron imza qoymağa imkan verir ki, bu da onu elektron xidmətlərin inkişafı məsələlərində üstün alət etmiş olur.

 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır