“ASAN Viza” ilə bağlı suallarınızın cavabı

2017-ci il 10 yanvar tarixindən etibarən Azərbaycan xarici vətəndaşlara “ASAN Viza” xidmətini təklif edəcək. Lahiyə 16 dekabrdan etibarən test rejimində işə başlayıb. “ASAN Viza” ölkəmizə gəlmək istəyən xarici vətəndaşlar üçün viza almaq sistemini asanlaşdıracaq. Bundan sonra əcnəbilər sənəd toplamaq və ya növbədə dayanmaq kimi vaxt aparan problemlərlə üzləşməyəcəklər. Online vizanın qiyməti isə 20 dollardır.

“ASAN Viza” ilə bağlı verilən ən çox suallarisə aşağıdakılardır:

-E-Vizanın nə kimi üstünlükləri var?

– e-Viza internet əlaqəsinin olduğu istənilən yerdən asanlıqla əldə edilə bilər və Azərbaycan Respublikası səfirlikləri və ya konsulluqlarında, eləcə də Azərbaycana daxilolma məntəqələrində viza müraciəti üçün sərf edəcəyiniz vaxta qənaət etməyinizə imkan verir (müvafiq hüququnuz varsa).

– e-Vizanın etibarlıq müddəti nə qədər olacaq?

– e-Viza 30 günlük verilir.

– Neçə nəfər üçün ailə müraciəti yarada bilərəm?

Ailə müraciəti minimum 2, maksimum 10 nəfər üçün yaradıla bilər.

– Ailəm 10 nəfərdən çoxdursa nə etməliyəm?

– Ailə üzvlərinizin sayı 10 nəfərdən çoxdursa, 2 və daha çox ailə müraciəti edə bilərsiz.

– Neçə nəfər üçün qrup müraciəti yarada bilərəm?

– Qrup müraciəti minimum 10, maksimum 300 nəfər üçün yaradıla bilər.

– Uşağım mənim pasportuma qeyd olunub. Onun üçün ayrıca e-Viza müraciəti etməliyəm?

– Bəli. Zəhmət olmasa, onun haqqında sizin pasportunuzdakı və tələb edilən digər məlumatları e-viza ərizəsinə daxil edin.

– Beynəlxalq tranzit ərazisini tərk etməyəcəmsə viza almalıyam?

– Xeyr. Beynəlxalq tranzit ərazisini tərk etməyəcəksinizsə viza almağınıza ehtiyac yoxdur.

– CVV  CVC  CVC2 nömrələri nə deməkdir?

– CVV / CVC / CVC2 Visa və MasterCard kartınızın arxasındakı imza zolağının üzərində yazılmış ədədin son 3 rəqəmidir.

– Səyahət sənədimdəki məlumatlar e-vizamdakı məlumatlarla üst-üstə düşmür. E-Vizamın etibarsız olduğunu bilirəm. Ödədiyim vəsaiti geri ala bilərəm?

– Xeyr. Ərizəsindəki səhvlərə görə ərizəçi məsuliyyət daşıyır.

– e-Viza ərizəsinə daxil etdiyim bəzi məlumatlara düzəliş etmək lazımdır. Nə etməliyəm?

– Yeni e-viza müraciəti yaratmalısınız.

– Xidmət haqqı nə üçün tələb olunur?

– Xidmət haqqı beynəlxalq əməliyyatların xərclərini ödəmək üçün tələb olunur.

– Kredit və ya debit kartım yoxdur. e-Viza rüsumu ödəmək üçün hər hansı başqa üsul mövcuddur?

– Xeyr. Yalnız kredit və ya debet kartı (MasterCard və ya Visa) vasitəsilə ödəniş edə bilərsiniz. Digər tərəfdən, kartın sizin adınıza olmasına ehtiyac yoxdur.

– E-Viza müraciətim təsdiq edilmədiyi halda ödədiyim vəsait geri qaytarılırmı?

– E-Viza üzrə ödənilən vəsait heç bir halda geri qaytarılmır;

– E-Viza üçün müraciət etdikdə pasportun etibarlılıq müddəti nə qədər olmalıdır?

– Pasportun və ya digər sərhədkeçmə sənədinin etibarlılıq müddəti verilməsi nəzərdə tutulan elektron vizanın müddətinin bitməsi tarixindən azı 3 ay artıq olmalıdır.

– E-Viza pasporta yapışdırılırmı?

– Elektron viza pasporta yapışdırılmır və əcnəbi və ya vətəndaşlığı olmayan şəxs tərəfindən çap edilərək Azərbaycan Respublikasının dövlət sərhədinin buraxılış məntəqəsindən keçərkən pasportla birgə təqdim olunur.

– Əcnəbilər və vətəndaşlığı olmayan şəxslər neçə gün ərzində və hansı qaydada olduğu yer üzrə qeydiyyata alınmalıdırlar?

– Azərbaycan Respublikasında 10 gündən artıq müvəqqəti olan (o cümlədən ölkə daxilində olduğu yeri dəyişdikdə) əcnəbilər və ya vətəndaşlığı olmayan şəxslər hər hansı dövlət rüsumu ödəmədən olduğu yer üzrə qeydiyyata alınmaq üçün elektron qaydada (Xidmətin rəsmi internet səhifəsinin – www.migration.gov.az – “Elektron xidmət” pəncərisində yerləşdirilmiş “olduğu yer üzrə qeydiyyata alınma” bölməsinə daxil olmaqla) və ya regional miqrasiya idarələrinə birbaşa müraciət etməklə qeydiyyata düşməlidirlər. Elektron vizada göstərilən müddətdən artıq ölkə ərazisində qalan və ya olduğu yer üzrə qeydiyyata alınmayan (10 gündən artıq qaldıqda) əcnəbilər və vətəndaşlığı olmayan şəxslər qanunla müəyyən olunmuş qaydada məsuliyyətə cəlb edilirlər.

– E-vizanın verilməsindən imtina edildikdə nə edilməli?

– Elektron vizanın verilməsində imtina edildikdə əcnəbilər və vətəndaşlığı olmayan şəxslər vizanın alınması üçün Azərbaycan Respublikasının müvafiq diplomatik nümayəndəliyinə yenidən müraciət edə bilərlər.

– Azərbaycan Respublikasının ərazisini tərk etmədən yeni e-viza üçün müraciət etmək olar?

– Əcnəbilər və vətəndaşlığı olmayan şəxslər yalnız Azərbaycan Respublikasının ərazisini tərk etdikdən sonra yeni elektron vizanın alınması üçün müraciət edə bilərlər.

– E-viza ərizəsinə dair məlumatları necə əldə edəcəm?

– Elektron viza almaq üçün edilmiş müraciətlərin və ödənişlərin qəbulu barədə bildirişlər, habelə elektron viza verilməsi və ya verilməsindən imtina ilə bağlı məlumatlar müraciət edən şəxsin elektron poçt ünvanına göndərilir. Elektron poçt ünvanları barədə məlumatlar düzgün daxil edilməlidir.

– E-vizanın etibarlılıq müddəti bitəndən sonra əlavə bir neçə gün Azərbaycan Respublikasında qalmaq istədikdə nə etmək lazımdır?

– Siz Azərbaycan Respublikasının Dövlət Migrasiya Xidmətinə müraciət etməlisniz. Əlavə məlumatı www.migration.gov.az internet səhifəsinə ala bilərsiniz.

– E-vizanın tətbiq edildiyi ölkə vətəndaşları Azərbaycan Respublikasının sərhəd-keçid məntəqələrində e-viza üçün müraciət edə bilərlər?

– Xeyir. E-viza ərizəsinə Azərbaycan Respublikasına planlaşdırılan səfər tarixindən minimum 3 iş günü əvvəl müraciət edilməlidir.

Mənbə: fins.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır