“ASAN xidmət”ə 70 milyonuncu müraciət qeydə alınıb

5 fevral 2024-cü il tarixində “ASAN xidmət”ə 70 milyonuncu vətəndaş müraciətinin qeydə alınması ilə bağlı tədbir keçirilib. Bu müraciət 7 saylı “ASAN xidmət” mərkəzinə Qazaxıstan Respublikası vətəndaşı Zemfira Yunussova tərəfindən edilib. O, Dövlət Miqrasiya Xidməti tərəfindən həyata keçirilən Azərbaycanda müvəqqəti yaşamaq üçün icazə vəsiqəsinin verilməsi xidmətindən yararlanıb.

70 milyonuncu müraciətin sahibi kimi Zemfira Yunussovaya təşəkkürnamə və ABADçı tərəfindən hazırlanmış simvolik hədiyyə təqdim olunub.

Related posts

Qeyri-neft sektorundan vergi daxilolmaları 13% artıb

Xüsusi Rabitə və İnformasiya Təhlükəsizliyi Dövlət Xidmətində 2024-cü ilin birinci yarısının yekunlarına həsr olunmuş müşavirə keçirilmişdir

DOST RİM Böyük Britaniyada yerləşən “Corporate Vision” təşkilatının keçirdiyi müsabiqədə mükafata layiq görülüb

Bu veb sayt təcrübənizi yaxşılaşdırmaq üçün kukilərdən istifadə edir. Güman edirik ki, bununla razısınız, lakin istəsəniz, imtina edə bilərsiniz. Ətraflı