“ASAN xidmət” və İİB arasında əməkdaşlıq inkişaf edir

5 dekabr 2023-cü il tarixində Azərbaycan Respublikasının Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinin sədri Ülvi Mehdiyev İslam İnkişaf Bankının (İİB) Ölkə üzrə əməliyyat meneceri Fərid Xan ilə görüşüb.

Dövlət Agentliyinin sədri cari ildə Dövlət Agentliyi ilə İİB arasında imzalanmış Anlaşma Memorandumu çərçivəsində tərəflər arasında davam edən uğurlu əməkdaşlıqdan bəhs edib.

Fərid Xan “ASAN xidmət” konsepsiyasının dövlət xidmətlərinin göstərilməsində unikal bir model olduğunu qeyd edib. Bundan əlavə “ASAN viza” sisteminin və ailə bizneslərinə dəstək sahəsində “ABAD” layihəsinin önəminə toxunulub.

Görüş zamanı “ASAN xidmət” təcrübəsinin Tacikistan Respublikasında tətbiqi ilə əlaqədar həyata keçirilməsi planlaşdırılan layihə ilə əlaqədar müzakirələr də aparılıb.

Həmçinin qarşı tərəf 2024-cü ildə İİB-nin 50 illik yubileyi çərçivəsində baş tutacaq toplantıda Dövlət Agentliyi tərəfindən qabaqcıl idarəetmə mövzusunda tədbirin keçirilməsi təşəbbüsü ilə çıxış edib və müvafiq istiqamətlərdə fikir mübadiləsi aparılıb.

Related posts

Zakir İbrahimov 3-cü “Yüksəliş” müsabiqəsinin qalibi ilə mentorluq proqramının yekunlarına dair görüş keçirib

“PashaPay” “Red Hearts Award” mükafatı ilə təltif edilib

Mərkəzi Bankın sədr müavini Azərbaycan Banklar Assosiasiyası və kommersiya banklarının rəhbər şəxsləri ilə görüşüb

Bu veb sayt təcrübənizi yaxşılaşdırmaq üçün kukilərdən istifadə edir. Güman edirik ki, bununla razısınız, lakin istəsəniz, imtina edə bilərsiniz. Ətraflı