“ASAN xidmət”in Rumıniyada tətbiqi ilə bağlı növbəti müzakirələr aparılıb

Azərbaycan Respublikasının Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinin sədri Ülvi Mehdiyevin rəhbərlik etdiyi nümayəndə heyətinin Rumıniya Hökumətinin Baş Katibliyinin dəvəti əsasında bu ölkəyə səfəri davam edir.

Səfər çərçivəsində Rumıniya tərəfinin təşəbbüsü ilə Rumıniya Parlamenti Senatının sədri Mirça Abrudean ilə Dövlət Agentliyinin sədri arasında görüş keçirilib. Mirça Abrudean “ASAN xidmət” modelinin beynəlxalq səviyyədə nümunəvi təcrübə kimi tanındığını vurğulayaraq bu sahədə əldə olunan nailiyyətlərə görə Dövlət Agentliyinin sədrinə təbriklərini çatdırıb.

Həmçinin Dövlət Agentliyinin nümayəndə heyətinin iştirakı ilə Rumıniya Parlamentində “Dövlət Sektorunda İnnovasiya Forumu”nun qalibləri ilə görüş keçirilib. Görüş zamanı dövlət xidmətləri sahəsində innovativ texnologiyaların tətbiqi və bu istiqamətdə “ASAN xidmət”in uğurlu fəaliyyəti qeyd olunub.

Səfər zamanı qarşı tərəfin təşəbbüsü əsasında Rumıniyanın Baş nazirinin müavini  Marian Neakşu ilə də görüş baş tutub. Görüş zamanı qarşı tərəfə “ASAN xidmət” modeli, onun fəaliyyət mexanizmi, vətəndaş məmnunluğuna əsaslanan xidmət prinsipləri və sosial innovasiyalar sahəsində əldə edilən nəticələr barədə ətraflı məlumat verilib.

Rumıniya Hökumətinin Baş katibi ilə keçirilmiş görüş çərçivəsində ötən il imzalanmış Anlaşma Memorandumunun əhəmiyyəti qeyd edilib və “ASAN xidmət” modelinin Rumıniyada tətbiqi istiqamətində həyata keçirilməsi planlaşdırılan fəaliyyətlərə dair müzakirələr aparılıb.

Related posts

Energetika nazirinin müavini Əbu-Dabi Dayanıqlılıq Həftəsində çıxış edib

ABA eksperti Eltəkin Rəhimov 60 illik yubileyi münasibətilə təbrik edilib

Qadın sahibkarlar üçün “Uğurlu tərəfdaşlıqda xanım sahibkarlar” layihəsi bu il də davam etdirilir

Bu veb sayt təcrübənizi yaxşılaşdırmaq üçün kukilərdən istifadə edir. Güman edirik ki, bununla razısınız, lakin istəsəniz, imtina edə bilərsiniz. Ətraflı