“ASAN xidmət”in “StartapFest Naxçıvan” tədbirinə start verilib

Azərbaycan Respublikasının Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinin və Asiya İnkişaf Bankının birgə həyata keçirdiyi “Yerli Texnoloji Startapların İnkişafının Təşviqi” layihəsi çərçivəsində Naxçıvan Muxtar Respublikasında “StartapFest Naxçıvan” tədbirinin açılış mərasimi keçirilib.

Əsas məqsəd Naxçıvanda startapların formalaşmasına təkan vermək, eləcə də potensial təşəbbüskarlar arasında innovativ biznes sahələrinə marağı və dəstəyi stimullaşdırmaqdır.

Tədbirdə yaşıl enerji, kənd təsərrüfatı, təhsil və dövlət sektorunda innovasiyalar istiqamətlərində layihələrini hazırlayan 30 komanda ilə görüş keçirilib. Həmçinin Dövlət Agentliyinin ölkə üzrə startapların inkişafı istiqamətində dəstək mexanizmləri  qeyd edilib, cari layihə çərçivəsində uğurlu olacaq startapların gələcək inkişafına dair müzakirələr aparılıb.

Related posts

Azərbaycan-İsrail enerji əməkdaşlığı müzakirə edilib

Azərbaycanın IV Könüllü Milli Hesabatı BMT-yə təqdim edilib

İsraillə iqtisadi əlaqələr müzakirə olunub

Bu veb sayt təcrübənizi yaxşılaşdırmaq üçün kukilərdən istifadə edir. Güman edirik ki, bununla razısınız, lakin istəsəniz, imtina edə bilərsiniz. Ətraflı