Asiya birjalarında nikbinlik: faiz endirimi gözləntiləri aksiyalara təkan verdi

Həftənin ilk iş günü Asiya birjaları üçün müsbət başladı. ABŞ-da açıqlanan zəif məşğulluq göstəriciləri investorların Federal Ehtiyat Sisteminin (Fed) yaxın aylarda faiz endiriminə gedəcəyi ehtimalını artırıb. Bu gözlənti dünya maliyyə bazarlarında müəyyən rahatlıq yaradıb.
Cümə günü dərc olunan rəsmi statistikaya əsasən, ABŞ-da son üç ayda iş yerlərinin artım tempi ciddi şəkildə zəifləyib. İyun ayı üçün aşağı doğru düzəlişlərlə birlikdə, orta aylıq artım 35 min nəfərə enib. Analitiklər bu rəqəmləri iqtisadiyyatın soyumasına dair ciddi siqnal kimi dəyərləndirirlər.
Bu fondda investorlar Fed-in sentyabrda faiz dərəcəsini endirəcəyinə əmin görünür. Hazırda bazarlar həmin qərarın qəbul olunacağına təxminən 85% ehtimalla baxır. İlin sonunadək isə ümumi 100 baza bəndi faiz endirimi gözləntiləri formalaşıb.
Bazar reaksiyası da çox çəkməyib:
•S&P 500 və Nasdaq fyuçersləri 0,4% yüksəlib,
•EUROSTOXX 50 +0,6%,
•FTSE 100 +0,5%,
•DAX isə +0,4% artım nümayiş etdirib.
Asiyada MSCI Sakit Okean indeksi 0,6%, Cənubi Koreya birjası isə 0,8% qalxıb.
NAB-ın xarici valyutalar üzrə araşdırma rəhbəri Rey Attrillin fikrincə, Fed rəhbərliyindəki dəyişikliklər faizlərin daha tez endirilməsinə şərait yarada bilər:
“İndi həm Fed-in qərarların əsasında dayanan statistikanın etibarlılığı, həm də rəhbərliyin gələcək kursu ciddi şəkildə izlənir.”
Maliyyə bazarlarında faiz endirimi ehtimalının artması ilə ABŞ dolları cümə günü zəifləsə də, bu gün sabitləşməyə doğru gedib. İkiillik istiqrazların gəlirliliyi isə bir gün ərzində 25 baza bəndi azalıb – bu, son bir ildə qeydə alınmış ən sərt gündəlik enişdir.

Related posts

BOKT “International” ASC-nin istiqrazlarının yerləşdirilməsi üzrə hərrac yekunlaşmışdır

“OpenAI” “Torch” şirkətini 100 milyon dollara satın aldı

Qlobal şirkətlər iş yerlərini ixtisar edir

Bu veb sayt təcrübənizi yaxşılaşdırmaq üçün kukilərdən istifadə edir. Güman edirik ki, bununla razısınız, lakin istəsəniz, imtina edə bilərsiniz. Ətraflı