Deprecated: Creation of dynamic property Penci_AMP_Post_Template::$ID is deprecated in /home/u208552070/domains/bbn.az/public_html/wp-content/plugins/penci-soledad-amp/includes/class-amp-post-template.php on line 46

Deprecated: Creation of dynamic property Penci_AMP_Post_Template::$post is deprecated in /home/u208552070/domains/bbn.az/public_html/wp-content/plugins/penci-soledad-amp/includes/class-amp-post-template.php on line 47
“Azərbaycan Sənaye Korporasiyası” ASC-də startaplara dəstək məqsədilə görüş keçirilib - BBN

“Azərbaycan Sənaye Korporasiyası” ASC-də startaplara dəstək məqsədilə görüş keçirilib

Yerli startap ekosisteminin inkişafında rol oynayan startaplara və komandalara dəstək məqsədilə keçirilən görüşlərin davamı olaraq  05 iyun 2023-cü il tarixində  “Azərbaycan Sənaye Korporasiyası” ASC-nin Strateji inkişaf və kommersiya departamentinin əməkdaşları Günay Şirəlizadə və Teymur Hacıyev “Satelyzer” startapı ilə görüş keçirib.
“Satelyzer” bitki inkişafının monitorinqini aparan və uzaqdan zondlama, eləcə də  süni intellekt daxil olmaqla dəqiq əkinçilik texnologiyalarını tətbiq edən platformaya malik startapdır.
Görüş zamanı startap komandasının rəhbəri öz startapı haqqında ətraflı məlumat verib, Korporasiya ilə partnyorluq əlaqələri müzakirə olunub. Nəzərdə tutulan işlərin  daha da geniş miqyas alması məqsədilə tətbiq sahəsi ilə təmin olunmaq və “Azərbaycan Sənaye Korporasiyası” ASC-nin nəzdində olan törəmə müəssisələrə məxsus ərazilərdə pilot layihələr üçün sınaqların aparılmasına dəstək göstərilməsi ilə bağlı müzakirələr aparılıb.
Daha sonra Korporasiyanın əməkdaşları və  “Satelyzer” startap  komandası  Biləsuvar rayonunda yerləşən,  “Azərpambıq ASK” MMC-yə məxsus Təcrübə Sınaq Mərkəzinə səfər ediblər.  Səfər zamanı pambıq əkini ərazilərinə ümumi baxış keçirilərək, “Satelyzer” startapının tədbiq olunması üçün yerində işlər aparılıb  və bu istiqamətdə gələcək əməkdaşlıqların genişləndirilməsi planlaşdırılıb.

Related posts

ADB Azərbaycanın tədiyyə balansı üzrə 2026–2027-ci illər üçün proqnozlarını açıqlayıb

BMT rəsmisi: “Azərbaycanda sosial-iqtisadi artım üçün sıx əməkdaşlıq edirik”

Səudiyyə Ərəbistanı ilə ticarət dövriyyəsi 30 faizdən çox artıb

Bu veb sayt təcrübənizi yaxşılaşdırmaq üçün kukilərdən istifadə edir. Güman edirik ki, bununla razısınız, lakin istəsəniz, imtina edə bilərsiniz. Ətraflı