ASK ilə Qırğızıstan Sənayeçilər və Sahibkarlar İttifaqı arasında əməkdaşlıq müzakirə olundu

Məmməd Musayev görüş üçün təşəkkürünü bildirib və Qırğızıstanın qardaş ölkə olduğunu vurğulayaraq əməkdaşlıq təklifi üçün öz təşəkkürünü ifadə edib. Türk Ticarət və Sənaye Palatası çərçivəsində ölkələrimiz arasında görüşlərin və biznes-forumların səmərəli olduğunu qeyd edib.

Konfederasiya rəhbəri işbirliyini genişləndirmək üçün 2023-cü ildə daha sıx çalışmağın lazım olduğunu deyib. O, Azərbaycanın logistika mərkəzi kimi yükdaşımalarda ön mövqeyə çıxdığını qeyd edərək, bir neçə sahədə konkret əməkdaşlıq imkanlarının mövcudluğunu diqqətə çatdırıb. Qarşılıqlı biznes missiyaların təşkil edilməsi və digər tədirlər üçün “yol xəritəsi” hazırlamağı təklif edib.

Danil İbraev konkret layihələr və sahələr üzrə işbirliyi imkanları ilə bağlı İttifaqın plan hazırladığını qeyd edib. Həmçinin Qırğızıstanın idxal-ixrac dövriyyəsi ilə bağlı məlumatların,  ticarət dövriyyəsini genişləndirmək üçün mövcud imkanların göstərildiyi xüsusi məlumatların azərbaycanlı sahibkarların diqqətinə təqdim ediləcəyini bildirib.

Görüş zamanı qarşılıqlı əməkdaşlıq üçün Bişkek və Bakıda biznes-forumun keçirilməsi və memorandum imzalanması barədə razılıq əldə olunub.

Related posts

“ASAN xidmət” və “ASAN kommunal” mərkəzlərinə müraciət edən vətəndaşların nəzərinə!

Bu istehlakçılar üçün sayğaclar sistem operatorunun vəsaiti hesabına təchiz ediləcək

Dövlət Sosial Müdafiə Fondunun (DSMF) gəlirləri artıb

Bu veb sayt təcrübənizi yaxşılaşdırmaq üçün kukilərdən istifadə edir. Güman edirik ki, bununla razısınız, lakin istəsəniz, imtina edə bilərsiniz. Ətraflı