Mayın 12-də Kişinyovda keçirilən beynəlxalq iqtisadi və investisiya forumunda iqtisadiyyatın müxtəlif sahələrini təmsil edən 15 ölkənin iş adamları iştirak edib.
Forumda aşağıdakı ölkələr təmsil olunub: Moldova, İtaliya, Rumıniya, Ukrayna, Gürcüstan, Azərbaycan, Bolqarıstan, Macarıstan, Avstriya, Almaniya, Yunanıstan və Tacikistan.
Azərbaycanı tədbirdə Azərbaycan Respublikası Sahibkarlar (İşəgötürənlər) Təşkilatları Milli Konfederasiyasının vitse-prezidenti Vüqar Zeynalov təmsil edib.
Görüşdə çıxış edən Moldova Sənayeçilər və Sahibkarlar Milli Konqresinin sədri Vasili Tarlevin sözlərinə görə, forum müxtəlif ölkələrin iş adamları arasında əlaqələrin möhkəmləndirilməsi, həm Moldovada, həm də regionda iqtisadiyyatın müxtəlif sektorlarına aid mövzular müzakirə olunub.
Forumda çıxış edən Vüqar Zeynalov işğaldan azad edilmiş ərazilərdə aparılan yenidənqurma işləri, Qarabağın iqtisadi potensialı, investisiya cəlbediciliyi ilə bağlı məlumat verib.