ASK virtual dəyirmi masada Perm ilə “Pandemiya və post-pandemiya dövründə beynəlxalq əməkdaşlığı” müzakirə edib

Rusiya Federasiyasının Perm Ticarət və Sənaye Palatasının təşəbbüsü ilə “COVİD-19 və post-pandemiya dövründə beynəlxalq əməkdaşlıq və Perm məhsullarının xarici ölkələrdə təşviqinin yeni formaları” mövzusunda virtual dəyirmi masa keçirilmişdir. Dəyirmi masada Perm Ticarət və Sənaye Palatasının prezidenti cənab Oleq Jdanov, Palatanın vitse-prezidenti xanım Yelena Mironova, Azərbaycan Sahibkarlar Konfederasiyasının (ASK) Baş katibinin müavini cənab Fuad Hümbətov, Perm vilayətinin ixraca dəstək Mərkəzinin rəhbəri cənab Dmitri Vtyurin, Rusiya Federasiyası Ticarət və Sənaye Palatasının Şərqi Asiyada (Pekin şəhəri) regional nümayəndəsi cənab Pavel Kudryavtsev və s. iştirak etmişlər.

Tədbirdə koronavirus və post-pandemiya dövründə Perm vilayətinin timsalında Rusiya Federasiyasının digər ölkələr, o cümlədən Azərbaycanla qarşılıqlı biznes əlaqələrinin inkişaf etdirilməsi perspektivləri müzakirə olunub.

Dəyirmi masanın əvvəlində Perm Ticarət və Sənaye Palatasının prezidenti Oleq Jdanov ötən il Bakı şəhərində Azərbaycan-Perm arasında B2B formatda görüşlərin uğurla təşkil olunmasına görə Azərbaycan Sahibkarlar Konfederasiyasının prezidenti Məmməd Musayevə öz dərin təşəkkürünü bildirmişdir. Qeyd olunan tədbirdə çıxış edən ASK Baş katibinin müavini pandemiya dövründə ölkəmizdə həm iqtisadi, həm də sosial sektorda qəbul edilmiş dəstək mexanizmləri, o cümdələn ən çox zərər görmüş iqtisadi sektorların fəaliyyətinin canlandırılması üçün əsas perspektiv fəaliyyət istiqamətləri barədə məlumat vermişdir.

Bundan əlavə, tədbir zamanı Perm Ticarət və Sənaye Palatasının rəhbərliyi Azərbaycan Sahibkarlar Konfederasiyasının  palatanı növbəti onlayn B2B görüşlərinin keçirilməsini gündəliyinə daxil etdiyini bildirmişdir. Həmçinin ASK, Perm Ticarət və Sənaye Palatası və Rusiya Eksport Mərkəzinin (Российский Экспортный Центр) birgə təşkilatçılığı ilə cari ilin sentyabr ayında azərbaycanlı sahibkarların Perm şəhərinə biznes missiyasının təşkil edilməsi kimi məsələlər müzakirə olunmuşdur.

Rusiya Federasiyasının nüfuzlu “RBK” («РБК») televiziya kanalının müxbiri A.Maksimovun Azərbaycan-RF arasında ticarət dövriyyəsinin  hazırki səviyyəsi və Perm bölgəsindən ölkəmizdə ixrac potensialı barədə sualını ASK təmsilçisi geniş surətdə cavablandıraraq bildirmişdir ki,  hazırda ölkələrimiz arasında ticarət dövriyyəsinin həcmi təxminən 3,5 milyard ABŞ dolları səviyyəsindədir, müvafiq saldo xeyli dərəcədə Rusiyanın xeyrinədir. Eyni zamanda, Perm  bölgəsi neft və qaz ehtiyatları əsasında iqtisadiyyatı inkişaf və diversifikasiya etdirdiyinə görə burada xeyli həcmdə keyfiyyətli avadanlıq, neft məhsulları, maşın və sürtkü yağları, neft və qaz emalı, neft məhsulları istehsalı üzrə qurğular və kənd təsərrüfatı və inşaat sektorunda istifadə olunan material və avadanlıqlar mövcuddur və  onlar həm yüksək keyfiyyətlidir, həm də qiymətcə münasibdir. Bu məhsulların Azərbaycana ixracı və ya Azərbaycanda istehsalının təşkili  biznes baxımdan cəlbedicidir. Bundan əlavə, Fuad Hümbətov AR-də geniş turistik, tikinti, xidmət, kənd təsərrüfatı üzrə biznes imkanları nəzərə alaraq, müvafiq sahədə qarşılqlı işgüzar əlaqələrin inkişafını vurğulamışdır.

Related posts

Energetika naziri Dünya Bankının Cənubi Qafqaz üzrə regional direktoru ilə görüşüb

Qeyri-neft sektorundan vergi daxilolmaları 13% artıb

Xüsusi Rabitə və İnformasiya Təhlükəsizliyi Dövlət Xidmətində 2024-cü ilin birinci yarısının yekunlarına həsr olunmuş müşavirə keçirilmişdir

Bu veb sayt təcrübənizi yaxşılaşdırmaq üçün kukilərdən istifadə edir. Güman edirik ki, bununla razısınız, lakin istəsəniz, imtina edə bilərsiniz. Ətraflı