Astana Maliyyə Mərkəzinə bağlı Yaşıl Maliyyə Mərkəzi Bakı Fond Birjasında təqdimat ilə çıxış etmişdir

28 noyabr 2023-cü il tarixində Bakı Fond Birjasının təşəbbüsü və təşkilatçılığı əsasında Qazaxıstanın Astana Maliyyə Mərkəzinə bağlı Yaşıl Maliyyə Mərkəzinin nümayəndələri təqdimatla çıxış etmişlər.

Tədbirdə Azərbaycan Respublikasının Mərkəzi Bankı, Milli Depozit Mərkəzi və Bakı Fond Birjasının üzvü olan İnvestisiya Şirkətləri iştirak etmişlər. Təqdimat kapital bazarı iştirakıları tərəfindən maraqla qarşılanmış və interaktiv müzakirələr aparılmışdır.

Bildyiniz kimi Bakı Fond Birjası beynəlxalq maliyyə institutları ilə müntəzəm şəkildə əməkdaşlıq etməkdədir. Bakı Fond Birjasının 2023-cü ilin təsdiq olunmuş fəaliyyət planına əsasən Kapital Bazarı barəsində beynəlxalq təcrübənin öyrənilməsi məqsədilə beynəlxalq maliyyə institutları ilə müntəzəm əməkdaşlıqlar aparılması prioritet məsələlər arasında yer almaqdadır.

Related posts

Pərakəndə ticarət sahəsində fəaliyyət göstərən vergi ödəyiciləri ilə görüş keçirilib

Aqrar Sığorta Fondu Sığorta Forumunda iştirak edib

AccessBank və AYİB-dən qadın sahibkarlığına dəstək: Access2Success layihəsi dördüncü dəfə uğurla başa çatdı

Bu veb sayt təcrübənizi yaxşılaşdırmaq üçün kukilərdən istifadə edir. Güman edirik ki, bununla razısınız, lakin istəsəniz, imtina edə bilərsiniz. Ətraflı