“AtaBank” elmi konfransın sponsoru olub

Bakıda “AtaBank” ASC-nin sponsorluğu ilə “XIII Beynəlxalq Bilik, İqtisadiyyat və Menecment Konfransı” keçirilib.

“İslam Həmrəyliyi İli” çərçivəsində keçirilən konfransın təşkilatçıları UNEC-lə yanaşı, Türk Dünyası İqtisadçılar Birliyi, Türkiyənin İstanbul Sabahattin Zaim Universiteti, Bandırma On Yedi Eylül Universiteti, Bilik, İqtisadiyyat və Menecment Jurnalı olub.

 

Qeyd edək ki, konfransın sonunda “AtaBank” ASC-yə elmi konfransa göstərdiyi maliyyə dəstəyinə görə təşəkkürnamə təqdim olunub.

 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır