“AtaBank” müştəriləri üçün “ödənişsiz göz müayinəsi” təşkil edəcək

“AtaBank” ASC Korporativ Sosial Məsuliyyət çərçivəsində öz müştərilərinə hədəflənən növbəti layihəyə start verir. Beləki 6 sentaybr tarixindən etibarən Bank Türkiyənin Dünyagöz Xəstəxanalar Qrupu ilə birgə layihəyə başlayır. Layihə çərçivəsində AtaBankın müştəriləri 2 həftə ərzində gözlərini tam ödənişsiz müayinə etmək fürsəti əldə edəcəklər.

Layihə Qurban Bayramı tətilindən sonra başlayaraq 2 həftə boyunca növbəli şəkildə Bankın Dostluq və Nərimanov filiallarında həyata keçiriləcək. Mobil göz klinikası 6-12 sentyabr tarixlərində Azadlıq prospekti 124 ünvanında yerləşən Dostluq, 13-19 sentyabr tarixlərində Əhməd Rəcəbli küçəsi 9A ünvanında yerləşən Nərimanov filiallarında quraşdırılacaq. AtaBank müştəriləri saat 9:00-dan 17:00-a kimi qeyd olunan filiallara yaxınlaşa bilərlər.

Layihə müddətində müayinəyə çatmayan müştərilər istənilən vaxt klinikada 15% endirimlə müayinə oluna bilərlər. Bundan əlavə, göz əməliyyatına ehtiyacı olan AtaBank müştəriləri Dünyagöz Xəstəxanasından 10% endirim əldə edəcəklər. Bunun üçün ödənişi sadəcə AtaBankın Visa və ya MasterCard plastik kartları vasitəsi ilə həyata keçirmək kifayətdir.

 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır