“AtaBank” Ramazan bayramı münasibətilə xeyriyyə tədbiri təşkil edib

“AtaBank” ASC  Korporativ Sosial Məsuliyyətlayihələri çərçivəsində 2017-ci il üçün nəzərdə tutulmuş növbəti xeyriyyəçilik aksiyasını həyata keçirib. Bank tərəfindən Əhmədli qəsəbəsində yerləşən 3 saylı uşaq internat-evinin balaca sakinləri üçün Ramazan Bayramı günlərində əyləncəli viktorina və şən müsabiqəli bayram tədbiri təşkil edilib. Ramazan Bayramı ilə əlaqədar təşkil edilən xeyriyyə tədbirinə müğənnilər, sehrbazlar, animatorlar və məzəli klounlar dəvət olunub.

Bayram şənliyi ilə əlaqədar “AtaBank” ASC-nin İdarə Heyəti sədrinin müavini Rauf Hüseynov bildirib ki,“ Tədbir  Korporativ Sosial Məsuliyyət xarakteri daşıyır və cəmiyyətimizin valideyn himayəsindən məhrum olan uşaqlarına mənəvi dəstək, onlardan diqqət və qayğını əsirgəməmək məqsədi ilə təşkil edilib. Uşaqlar bizim gələcəyimizdir, onların ehtiyaclarına və ümidlərinə həmişə diqqətlə yanaşmaq lazımdır!”

 

 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır