Deprecated: Creation of dynamic property Penci_AMP_Post_Template::$ID is deprecated in /home/u208552070/domains/bbn.az/public_html/wp-content/plugins/penci-soledad-amp/includes/class-amp-post-template.php on line 46

Deprecated: Creation of dynamic property Penci_AMP_Post_Template::$post is deprecated in /home/u208552070/domains/bbn.az/public_html/wp-content/plugins/penci-soledad-amp/includes/class-amp-post-template.php on line 47
“AtaSığorta” ASC-yə müvəqqəti inzibatçı təyin olunub - BBN

“AtaSığorta” ASC-yə müvəqqəti inzibatçı təyin olunub

Nəzarət tədbirləri çərçivəsində Azərbaycan Respublikası Mərkəzi Bankının İdarə Heyətinin 06.01.2026-cı il tarixli Qərarı ilə “AtaSığorta” ASC-yə maliyyə dayanıqlılığının müəyyən edilməsi və qorunması, həmçinin müvəqqəti idarəetmə ilə bağlı qanunvericilikdə nəzərdə tutulmuş vəzifə və səlahiyyətlərin həyata keçirilməsi məqsədilə müvəqqəti inzibatçı təyin olunub.

Müvəqqəti inzibatçı təyin olunduğu gündən sığortaçının idarə edilməsi ilə bağlı idarəetmə orqanlarının səlahiyyətləri dayandırılır və həmin səlahiyyətlər müvəqqəti inzibatçıya keçir.

Həyata keçirilən nəzarət tədbirləri sığorta xidmətləri istehlakçılarının və kreditorların hüquqlarının qorunması məqsədinə xidmət edir.

 

Related posts

AMB sədri İSB-yə texnoloji infrastrukturun genişləndirilməsini tövsiyə edib

Sərnişinlərin fərdi qəza sığortası ilə bağlı yeni layihələr hazırlanıb

İSB: Sərnişinlərin icbari fərdi qəza sığortası ilə bağlı yeni layihələr hazırlanıb

Bu veb sayt təcrübənizi yaxşılaşdırmaq üçün kukilərdən istifadə edir. Güman edirik ki, bununla razısınız, lakin istəsəniz, imtina edə bilərsiniz. Ətraflı