Deprecated: Creation of dynamic property Penci_AMP_Post_Template::$ID is deprecated in /home/u208552070/domains/bbn.az/public_html/wp-content/plugins/penci-soledad-amp/includes/class-amp-post-template.php on line 46

Deprecated: Creation of dynamic property Penci_AMP_Post_Template::$post is deprecated in /home/u208552070/domains/bbn.az/public_html/wp-content/plugins/penci-soledad-amp/includes/class-amp-post-template.php on line 47
atb card debit kartlarının xidmət haqları üzrə tariflərdə yenilənmə - BBN

atb card debit kartlarının xidmət haqları üzrə tariflərdə yenilənmə

Müştərilərin nəzərinə çatdırırıq ki, atb card debit kartlarının xidmət haqları üzrə tariflər 2024-cü il 02 dekabr tarixindən etibarən yenilənəcəkdir.

Belə ki, rəqəmsal atb card debit kartlarının əldə edilməsi tamamilə ödənişsiz olacaqdır. Yeni kartı hər kəs mobil telefonuna ödənişsiz olaraq yüklədiyi atb360 tətbiqi vasitəsilə sifariş verə bilər. Kartın çap versiyası üzrə xidmət haqqı 15 manat məbləğində nəzərdə tutulmuşdur və Bankın filiallarında almaq mümkündür. Kartın valyutası AZN, xidmət müddəti 5 ildir.

Xatırladırıq ki, rəqəmsal kart vasitəsilə rahatlıqla onlayn ödənişlər həyata keçirə və kartı Google Pay və Apple Pay cüzdanlarına əlavə etməklə təmassız ödənişləri icra etmək olar.

Related posts

İcbari Sığorta Bürosu 4 yeni elektron xidməti istifadəyə verib

Azərbaycan Mərkəzi Bankı və Beynəlxalq Valyuta Fondu makroiqtisadi vəziyyəti müzakirə edib

Azərbaycan Respublikasının Mərkəzi Bankı: Pul-kredit siyasəti inflyasiyanın hədəf diapazonunda saxlanılmasına yönəlib

Bu veb sayt təcrübənizi yaxşılaşdırmaq üçün kukilərdən istifadə edir. Güman edirik ki, bununla razısınız, lakin istəsəniz, imtina edə bilərsiniz. Ətraflı