atb debet kartı üzrə əməliyyatlarda limitlər ləğv edildi

Milli valyutada olan atb debet kartları vasitəsilə Azər Türk Banka məxsus ATM və POS-terminallarda aparılan məxaric, eyni zamanda card to card əməliyyatlarında və onlara dair tariflərdə  bir sıra yeniliklər edilmişdir.

Belə ki, atb debet kartı vasitəsilə nağdlaşdırma məbləğinə tətbiq edilən 20 000 manatlıq aylıq limit cari ilin 01 oktyabr tarixindən etibarən ləğv edilir.

Göstərilən tarixdən başlayaraq müştərilər Bankın POS-terminal və bankomatlarında bir ay ərzində 20 min manatdan artıq məbləğdə və ya onun xarici valyuta ekvivalentində məxaric əməliyyatlarını 0,5% komissiya qarşılığında yerinə yetirə biləcəklər.

Qeyd edək ki, 20 000 manatadək məbləğdə aparılan məxaric əməliyyatları üzrə heç bir xidmət haqqı nəzərdə tutulmamışdır.

Həmçinin card to card xidməti, atb360 mobil tətbiqipay.atb.az, vasitəsilə edilən əməliyyatlar üzrə aylıq 20 000 manatlıq limit Bank tərəfindən ləğv edilir.

atb debet kart sahibləri indi ayda 10 000 manatdan artıq məbləğdə və ya ona bərabər xarici valyuta  həcmində əməliyyatları sadəcə 0,5% komissiya ilə həyata keçirə biləcəklər.

Ayda 10 000 manatadək və ona bərabər xarici valyuta həcmində əməliyyatlar üzrə xidmət haqqı 0% səviyyəsində qalır.

Related posts

“Unibank Kommersiya Bankı” ASC-nin istiqrazlarının yerləşdirilməsi üzrə hərrac keçiriləcəkdir

Unibank İnsan Resurslarının idarəedilməsi sistemini təkmilləşdirib

Ölkə sığorta bazarı 10,3% böyüyüb

Bu veb sayt təcrübənizi yaxşılaşdırmaq üçün kukilərdən istifadə edir. Güman edirik ki, bununla razısınız, lakin istəsəniz, imtina edə bilərsiniz. Ətraflı