“Rabitəbank” ASC-də iki yeni təyinat həyata keçirilib. Bankın “Risklərin idarə edilməsi” departamentinə Cavidan Eldarlı, “Daxili audit” departamentinə isə Samir Salmanlı direktor vəzifəsinə təyin olunub. Maliyyə və risklərin idarə edilməsi sahəsində dərin bilik və zəngin təcrübəyə malik olan Cavidan Eldarlı, bu sahədə həm yerli, həm də beynəlxalq müstəvidə uğurlu fəaliyyət göstərmişdir. O, 2013-cü ildə Azərbaycan Dövlət Aqrar Universitetinin “Xüsusi İstedadlar Qrupu”nda bakalavr, 2015-ci ildə isə magistr pilləsini fərqlənmə diplomu ilə başa vurmuşdur. Ardınca, 2016–2020-ci illər ərzində doktorantura təhsili alaraq elmi fəaliyyətini davam etdirmişdir. O, ABŞ hökumətinin…