“Avropa 2001” jurnalında sahibkarlar reklam yerləşdirə biləcəklər

Azərbaycanla Bolqarıstan arasında diplomatik münasibətlərin qurulmasının 25 illiyi münasibətilə Bolqarıstanda nəşr olunan “Avropa 2001” jurnalının növbəti sayının Azərbaycana həsr olunması ilə bağlı işlər aparılır.
1994-cü ildən bolqar dilində nəşr olunan jurnalın məqsədi müxtəlif Avropa ölkələri, onların iqtisadiyyatı, mədəniyyəti, ənənələri, sosial həyatı barədə geniş oxucu kütləsinə ətraflı məlumat verməkdir. Hər sayı bir ölkəyə həsr olunan jurnalda həmin ölkənin yerli şirkətləri reklam yerləşdirmək imkanı əldə edirlər.
Jurnalda reklam yerləşdirməkdə maraqlı olan sahibkarlar daha ətraflı məlumat almaq üçün qeyd olunan internet səhifədən istifadə edə bilərlər: http://www.euro2001.net/

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır