Deprecated: Creation of dynamic property Penci_AMP_Post_Template::$ID is deprecated in /home/u208552070/domains/bbn.az/public_html/wp-content/plugins/penci-soledad-amp/includes/class-amp-post-template.php on line 46

Deprecated: Creation of dynamic property Penci_AMP_Post_Template::$post is deprecated in /home/u208552070/domains/bbn.az/public_html/wp-content/plugins/penci-soledad-amp/includes/class-amp-post-template.php on line 47
Avropa bankları ticarət müharibəsinin yaratdığı iqtisadi tənəzzülə tab gətirə bilər – EBA stress-test nəticələrini açıqladı - BBN

Avropa bankları ticarət müharibəsinin yaratdığı iqtisadi tənəzzülə tab gətirə bilər – EBA stress-test nəticələrini açıqladı

Avropa Banklar Təşkilatı (EBA) 2025-ci il üzrə sektorun stres-test nəticələrini açıqlayıb. Nəticələrə əsasən, Avropa İttifaqında fəaliyyət göstərən banklar qlobal ticarət müharibəsi və geosiyasi gərginliklər fonunda baş verə biləcək dərin iqtisadi tənəzzül ssenarisinə davam gətirmək gücündədirlər.

BBN.az xəbər edir ki, EBA-nın qiymətləndirməsinə 64 Avropa bankı, o cümlədən 51 Avrozonaya aid bank daxil edilib. Simulyasiyalar 2025–2027-ci illər ərzində mümkün böhran ssenarisi əsasında aparılıb. Qiymətləndirmə nəticəsində heç bir bankın əsas kapital tələblərini pozmadığı, yalnız bir bankın “leverage ratio” (borc-gəlir nisbəti) üzrə tələbi aşdığı bildirilib. Adı açıqlanmayan bank üzrə məlumatlar ayrıca cədvəldə təqdim olunub.

EBA vurğulayıb ki, “nəticələr Avropa bank sisteminin son illərdə formalaşdırdığı dayanıqlılığı və möhkəmliyi əks etdirir.” Təşkilat banklara kapital mövqelərini qorumağı tövsiyə edib.

Şok ssenari: ticarət proteksionizmi və geosiyasi gərginliklər

EBA-nın müəyyən etdiyi “qeyri-əlverişli ssenari”də 2025–2027-ci illər ərzində ticarət proteksionizmi və artan geosiyasi gərginliklər nəticəsində enerji və xammal qiymətləri artır, təchizat zəncirləri pozulur və istehlak-investisiya fəaliyyətində ciddi azalma baş verir. Bu ssenari nəticəsində Aİ iqtisadiyyatında ümumilikdə 6.3%-lik azalma proqnozlaşdırılıb. Simulyasiyaya görə, bu şəraitdə banklar 547 milyard avro zərərə uğraya bilər. Bu, 2023-cü il stres-testində nəzərdə tutulan 496 milyard avrodan daha yüksəkdir.

Kapital mövqeləri hələ də təhlükəsiz zonadadır

Stres-test nəticələrinə əsasən, sektorda əsas kapital ehtiyatları 15.8%-dən 12.1%-ə qədər azala bilər. Bununla belə, bu göstərici hələ də tənzimləyici minimum tələblərdən yuxarı qalır. Almaniyanın Deutsche Bank-ı kapital əmsalının son ildə 10.2%, Commerzbank-ın isə 10.5% olacağını açıqlayıb. İtaliyanın Intesa Sanpaolo bankı isə 12% səviyyəsində nəticə əldə edib.

Ən çox təsirlənən ölkələr və banklar

EBA-nın məlumatına əsasən, İrlandiya, Danimarka, Fransa, Almaniya və Belçika bankları kapital azalmasından daha çox təsirlənib. Ayrı-ayrı banklar arasında Almaniyanın Landesbank Baden-Württemberg, eləcə də Credit Agricole və La Banque Postale kimi Fransız bankları ən böyük kapital azalmaları ilə üzləşib.

Stres-test nəticələri nəyə təsir edir?

Qeyd edək ki, AB üzrə stres-testlərin nəticələri bankların fəaliyyətinə “keçdi/qaldı” qərarı vermir. Bununla belə, nəticələr tənzimləyici orqanların hər il apardığı risk qiymətləndirmələrinə daxil edilir və banklara fərdi şəkildə tətbiq olunan “Pillar 2” kapital tələblərinin müəyyən olunmasında əsas rol oynayır.

Related posts

Expressbankdan ilk dəfə kredit götürənlərə XÜSUSİ TƏKLİF

AMB rəsmisi: “Kreditlə bağlı qərarlarda subyektivlik azalacaq” – MÜSAHİBƏ

Banklar əhaliyə 118 mln. manat depozit faizi ödəyiblər

Bu veb sayt təcrübənizi yaxşılaşdırmaq üçün kukilərdən istifadə edir. Güman edirik ki, bununla razısınız, lakin istəsəniz, imtina edə bilərsiniz. Ətraflı