Şimali Avropa bankları yeni layihə üzərində çalışırlar

Şimali Avropada banklar yeni, xüsusi bir layihə üzərində çalışırlar.

Belə ki, İsveç, Norveç, Danimarka və Finlandiyada 27 milyon insanın istifadə edə biləcəyi sistem vasitəsilə ödəmə və hesablaşma saniyələr içində baş tutacaq.

“P27” adlı layihənin İsveçdəki “Swish”, Noveçdəki “Vipps”, Danimarkadakı “MobilePay” kimi uğurlu tətbiqlərdən fərqli olacağı gözlənilir. Belə ki bu sistem daha çox beynəlxalq olacaq və tətbiqdə hansısa limit olmayacaq.

Layihənin reallaşması üçün Mərkəzi Banklarla görüşlər keçirilir və qanunlar üzərində söhbətlər aparılır. Layihənin 2019-cu ildə həyata keçməsi gözlənilir.

Layihədə 7 Avropa bankı iştirak edir.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır