

Avropa bazarları günə müsbət başlayıb, qlobal investorlar isə ABŞ-ın Mərkəzi Bankının (FED) bu gün, çərşənbə günü faiz dərəcələri ilə bağlı açıqlayacağı yekun nəticəyə fokus olublar.
BBN.az CNBC Business-ə istinadən xəbər verir ki, ekspertlər isə gözləyirlər ki, bugünkü iclasın nəticəsi olaraq bank faiz dərəcələrini daha 75 baza bəndi artıracaq.
Lakin maraqlısı budur ki, Wall Street-də isə bir çoxları bugünkü iclasdan daha çox, Mərkəzi Bankın rəhbəri Jerome Powell-in mətbuat konfransında deyəcəyi gələcək aylarda faiz dərəcələrini dayandıracağı, yaxud azaldacağı ilə bağlı sinaq fikirlərə fokus olublar.
İnvestorların bugünkü iclasda Bankın faiz dərəcələrini artıracağını gözlədiyindən Asiya-Sakit okean və ABŞ səhm qiymətləri olduqca yüksəkdir.