Avropa iqtisadiyyatında böyümə müşahidə olunub

Avrozona ölkələrinin ÜDM-si 2019-cu ilin üçüncü rübündə ötən rübə nisbətdə 0.2%, ötən ilin müvafiq rübünə nəzərən isə 1.2% artıb. Avropa Birliyinə daxil olan ölkələrdə isə ikinci rüb göstəricilərinə nəzərən ÜDM artımı 0.3%, 2018-ci ilin üçüncü rübünə görə isə 1.3% artıb.. Bu barədə məlumat Avropa Birliyinin statistika ofisi “Eurostat” tərəfindən paylaşılıb.

Ötən rübə nəzərən ÜDM artımının ən çox müşahidə olunduğu Avropa ölkələri Polşa (1.3%) və Macarıstan (1.1%) olub.

ÜDM ilə yanaşı Avronoza və Aİ ölkələrində məşğulluq səviyyəsi də yüksəlib. Ötən rüblə müqayisədə işləyən şəxslərin sayında 0.1%, ötən ilin müvafiq rübü ilə müqayisədə isə 1% artım qeydə alınıb.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır