Avropa İttifaqı 5 böyük bankı cərimələyib

Avropa İttifaqı (Aİ), “JPMorgan”, “Barclays”, “Citigroup”, “MUFG” və “Royal Bank of Scotland” banklarını ümumilikdə 1.07 milyard avro məbləğində cərimələyib.

Avropa İttifaqı səbəb olaraq sözügedən bankların birləşərək valyuta bazarına müdaxilə etmələrini göstərib. Belə ki, sözügedən banklar 2007-2013-cü illərdə öz aralarında razılaşaraq avro, dollar və funt-sterlinqdə daxil olmaqla, 11 valyutanın alış-satış əməliyyatlarını manipulyasiya ediblər.

Kartelə daxil olan digər bir bank “UBS” isə, bu kartelin mövcudluğunu Avropa İttifaqına bildirməsinə görə cərimədən azad edilib.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır