Avropa İttifaqı enerji şirkətlərindən əlavə vergilərin alınması məsələsində razılığa gəldi

Avropa İttifaqı (Aİ) Rusiya-Ukrayna müharibəsindən dolayı rekord gəlir əldə edən enerji şirkətlərindən əlavə vergilərin alınması, “windfall tax” (əgər şirkət gözlənilmədən böyük gəlir əldə edirsə hökumət əlavə vergi təyin edir-red.) məsələsində razılığa gəliblər.

BBN.az BBC Business-ə istinadən xəbər verir ki, əldə edilən nağd pul inflyasiyanın yüksəlməsindən dolayı artan yaşam xərcləri ilə mübarizə aparan ailələrə və bizneslərə dəstək olmaq üçün veriləcək.

Aİ nazirlərinin təxminlərinə görə, vergilərdən 140 milyard avro, yaxu 123 milyard funt sterlinq əldə ediləcək.

Qeyd edək ki, daha öncə sentyabrın 14-də Avropa Komissiyasının prezidenti Ursula von der Leyen çıxışı zamanı bildirmişdi ki, “Gəlir əldə etmək pis deyil, ancaq o zaman səhvdir ki, böyük həcmdə gəlir və mənfəəti müharibə və müştərilərin çiyinləri üzərindən əldə edəsən. Bu zamanlar, gəlirlər ən çox ehtiyacı olanlar arasında paylaşılmalı və bölüşdürülməlidir”.

O, qeyd etmişdi ki, Avropa İttifaqında milyonlarla ailələr və biznes sahibləri yüksək qiymətlərdən əziyyət çəkirlər və gələcək ilə bağlı qorxu içindədirlər. Yanacaq üzərinə qoyulan vergilərdən əldə edilən gəlir 140 milyard avro (139 milyard dollar) olacaq ki, bu da enerji qanun layihəsinə dəstək üçün üzv dövlətlər arasında bölüşdürüləcək.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır