Deprecated: Creation of dynamic property Penci_AMP_Post_Template::$ID is deprecated in /home/u208552070/domains/bbn.az/public_html/wp-content/plugins/penci-soledad-amp/includes/class-amp-post-template.php on line 46

Deprecated: Creation of dynamic property Penci_AMP_Post_Template::$post is deprecated in /home/u208552070/domains/bbn.az/public_html/wp-content/plugins/penci-soledad-amp/includes/class-amp-post-template.php on line 47
Avropa İttifaqı liderləri 2022-ci il üçün sonuncu dəfə görüşdülər - BBN

Avropa İttifaqı liderləri 2022-ci il üçün sonuncu dəfə görüşdülər

Avropa İttifaqı (Aİ) liderləri regionun gündəliyində olan çox vacib məsələləri müzakirə etməkdən dolayı 2022-ci il üçün sonuncu dəfə Belçikanın paytaxtı Brüsseldə görüşüblər. 

BBN.az Avropa Komissiyasının rəsmi LinkedIn səhifəsinə istinadən yazır ki, gündəlikdə olan məsələlər aşağıdakılar olub:

  • Rusiyanın Ukraynaya qarşı müharibəsi: Ukrayna müharibəsi nə qədər davam edəcəksə, o qədər onları müdafiə edəcəyik. 2023-cü ildə biz Ukraynaya 18 milyard avro maliyyə yardımı edəcəyik. 
  • Enerji və iqtisadiyyat: Avropa İttifaqı liderləri təbii qaz limitini necə etməli, REPowerEU vasitəsilə yenilənəbilən enerji mənbələrinə investisiyanın edilməsi və “Vahid Bazar” funksionallığının təminatı məsələlərini müzakirə ediblər. Onlar həmçinin Avropa iqtisadiyyatını yaşıl və rəqəmsal keçidlərə uyğunlaşdırmaq və strateji asılılıqları azaltmaq üçün iddialı Avropa sənaye siyasətinin vacibliyini vurğulayıblar. 
  • Təhlükəsizlik və müdafiə: Avropa İttifaqı özünün təhlükəsizliyinə daha çox məsuliyyət götürüb və müstəqil hərəkət üçün bacarıqlarını artırır. 
  • Daxili və Avropa İttifaqının cənubi qonşuları ilə əlaqələr: Avropa liderləri rəsmi olaraq Bosniya və Herseqovinaya namizəd statusu veriblər. Onlar həmçinin Şengen zonası üzrə siyasi debat aparıblar və Xorvatiyanın 2023-cü ilin yanvarın 1-dən bu əraziyə daxil olmasını alqışlayıblar. 

Related posts

BVF Almaniya iqtisadiyyatı və borc əyləci islahatlarını təhlil edib

Avropada müdafiə startaplarına qoyulan investisiya rekord həddə çatıb

AIIB Bakı metrosu ilə bağlı 180 mln. dollarlıq krediti təsdiqləyib

Bu veb sayt təcrübənizi yaxşılaşdırmaq üçün kukilərdən istifadə edir. Güman edirik ki, bununla razısınız, lakin istəsəniz, imtina edə bilərsiniz. Ətraflı