Avropa İttifaqı Türkiyəyə sanksiya qoyub

Avropa İttifaqı (Aİ)  Türkiyəyə bir sıra sanksiyalar tətbiq edəcəyini açıqlayıb. Belə ki, sanksiyalar nəticəsində Aİ tərəfindən Türkiyəyə edilən 2020-ci il üçün nəzərdə tutulan maliyyə yardımları 145.8 milyon dollar azaldılacaq. Həmçinin, Avropa İnvestisiya Bankı (AİB) tərəfindən Türkiyəyə ayrılan 358.8 milyon dollar məbləğində borcun verilib-verilməməsi yenidən müzakirəyə qoyulacaq. Son olaraq, hava nəqliyyatı üzrə bütün danışıqlar dayandırılıb.

Sanksiyaların əsas səbəbi kimi Türkiyənin iki aydır ki, Kipr ərazilərində qazma işləri aparması göstərilib. Türkiyə xarici işlər naziri Mevlüd Çavuşoğlu isə bu sanksiyaların sözügedən bölgədə Türkiyə tərəfindən qaz hasilatı aparılmasına əngəl olmayacağını bildirib.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır