Deprecated: Creation of dynamic property Penci_AMP_Post_Template::$ID is deprecated in /home/u208552070/domains/bbn.az/public_html/wp-content/plugins/penci-soledad-amp/includes/class-amp-post-template.php on line 46

Deprecated: Creation of dynamic property Penci_AMP_Post_Template::$post is deprecated in /home/u208552070/domains/bbn.az/public_html/wp-content/plugins/penci-soledad-amp/includes/class-amp-post-template.php on line 47
Avropa İttifaqının iqtisadiyyatı ilə bağlı yeni nəticələr açıqlandı - BBN

Avropa İttifaqının iqtisadiyyatı ilə bağlı yeni nəticələr açıqlandı

Avropa İttifaqının iqtisadiyyatı proqnozlara rəğmən, 2022-ci ilin II rübündə (apreldən iyunun sonunadək) ərzaq və enerji qiymətlərinin yüksəlməsi fonunda qismən, 0.6% (Ümumi Daxili Məhsul-ÜDM) böyüyüb.

BBN.az DW News TV proqramına istinadən yazır ki, Niderland, Rumıniya, İsveçin iqtisadiyyatı ilə bağlı göstəricilər daha möhkəm olub, amma Avropanın ən böyük iqtisadiyyatının olduğu Almaniyanın isə inkişafı dayanıb. Başqa sözlə, nəticələrə əsaslanaraq bildirmək olar ki, Cənubi Avropa Şimal (xüsusilə Almaniya) ilə müqayisədə daha çox inkişaf edib. 

DW News-dan deyirlər ki, Almaniya iqtisadiyyatını inkişafdan salan isə Rusiyadan gələn təbii qazın tamamilə kəsilməsi ilə bağlı qorxuların və limitli təbii qaz ehtiyatının olmasıdır. “International Monetary Fund”dan (IMF) isə xəbərdarlıq edirlər ki, Avropanın ən böyük sənaye güclərinin olduğu ölkələr Rusiya-Ukrayna müharibəsinin mənfi nəticələrindən dolayı böyük iqtisadi risklər altındadır. 

“Yeni maliyyə nəticələri olduqca zəifdir. Almaniya iqtisadiyatı ixrac və idxaldan asılıdır, Şərqi Avropada gedən müharibə, Çin ilə bağlı yaranan təchizat problemləri burada vacib rol oynayır. Bu gün Almaniyanın təbii qaz ehtiyatı 75%-dir, insanlar təbii qaza 20%-dək qənaət etməlidirlər, ancaq bunu istəyərək edəcək, etməyəcəklər bilinmir”, – deyə ekspert deyir.

Related posts

Aİ ABŞ-dan ticarət müqaviləsinə əməl etməsini tələb edir

Almaniya əhalisinin 2050-ci ilə qədər 5 faiz azalacağı gözlənilir

Aİ Şurası səkkiz üzv dövlətin SAFE proqram planlarını təsdiqləyib

Bu veb sayt təcrübənizi yaxşılaşdırmaq üçün kukilərdən istifadə edir. Güman edirik ki, bununla razısınız, lakin istəsəniz, imtina edə bilərsiniz. Ətraflı