Deprecated: Creation of dynamic property Penci_AMP_Post_Template::$ID is deprecated in /home/u208552070/domains/bbn.az/public_html/wp-content/plugins/penci-soledad-amp/includes/class-amp-post-template.php on line 46

Deprecated: Creation of dynamic property Penci_AMP_Post_Template::$post is deprecated in /home/u208552070/domains/bbn.az/public_html/wp-content/plugins/penci-soledad-amp/includes/class-amp-post-template.php on line 47
Avropa Komissiyası AliExpress-ə qarşı yenidən araşdırma başlatdı - BBN

Avropa Komissiyası AliExpress-ə qarşı yenidən araşdırma başlatdı

Çinin Alibaba Qrupunun onlayn alış-veriş xidməti AliExpress Avropa Komissiyasının yenidən radarındadır. Komissiya, qeyri-qanuni satışa təqdim etdiyi  məhsullar səbəbilə AliExpress-ə qarşı araşdırma başlatdığını açıqladı. Sözügedən araşdırma sosial media platforması X və TikTok-dan sonra üçüncü belə araşdırma olaraq qeydə alınıb.

BBN.az bu baradə Blumberg Türkiyə’yə istinadən xəbər verir.

Qlobal illik dövriyyəsinin 6 faizi həcmində cərimə ödəmək riski ilə üzləşən AliExpress, fəaliyyət göstərdiyi bazarlarda tətbiq olunan bütün qayda və qanunlara əməl etdiyini iddia edib.

Aİ-nin Rəqəmsal Xidmətlər Aktı (DSA) çərçivəsində AliExpress, digər 15 texnoloji şirkətlə birlikdə öz platformasında qeyri-qanuni və zərərli məzmunla mübarizə aparmaq üçün daha çox işlər görməlidir. Aİ rəsmiləri noyabr ayında bu barədə AliExpress-dən məlumat istəmişdilər.

Komissiya rəsmiləri saxta dərmanlar, yararsız qidalar və pəhriz əlavələri kimi qeyri-qanuni məhsulların AliExpress-də yayılması potensialından və onlarla mübarizə üçün effektiv tədbirlərin görülməməsindən narahat olduqlarını bildiriblər.

Related posts

Anthropic ofis üçün süni intellekt alətlərini genişləndirir

“eBay” 800 işçisini ixtisar edəcək

Nvidia-nın gəliri 73 faiz artıb

Bu veb sayt təcrübənizi yaxşılaşdırmaq üçün kukilərdən istifadə edir. Güman edirik ki, bununla razısınız, lakin istəsəniz, imtina edə bilərsiniz. Ətraflı