“Biz Rusiya təbii qazından asılılığımızı sürətli şəkildə azaldırıq”.
BBN.az Avropa Komissiyasının LinkedIn platformasındakı məlumatına istinadən xəbər verir ki, qurumdan deyilib ki, bizim mayeləşdirilmiş təbii qazın (LNG) idxalı 2021-ci ilin avqustundan 2 dəfə artıb. Kəmər təchizatı ilə alternativ idxal isə nə az nə çox düz 10% artıb.
Avropa Komissiyasından deyilib ki, eyni zamanda geniş bir şəkildə yenilənəbilən enerji mənbələrinə investisiya edirik: “Belə enerji mənbələri təkcə bizim ətraf mühitimiz üçün deyil, eyni zamanda enerji müstəqilliyimiz üçün yaxşı bir haldır”.
Komissiyaya görə, 2021-ci ilin avqustunda İttifaqa Rusiyadan idxal 41%, 40% isə digər təchizatçılar olub, LNG isə 19% təşkil edib.
2022-ci ilin avqust məlumatına, əsasən isə bu rəqəmlər dəyişilib, belə ki, Rusiyadan idxal 41%-dən 9%-ə enib, 50% digər təchizatçılar üzərindən olub, 41% isə LNG-dir.