Deprecated: Creation of dynamic property Penci_AMP_Post_Template::$ID is deprecated in /home/u208552070/domains/bbn.az/public_html/wp-content/plugins/penci-soledad-amp/includes/class-amp-post-template.php on line 46

Deprecated: Creation of dynamic property Penci_AMP_Post_Template::$post is deprecated in /home/u208552070/domains/bbn.az/public_html/wp-content/plugins/penci-soledad-amp/includes/class-amp-post-template.php on line 47
Avropa Komissiyasının prezidenti Rusiyanın Ukraynaya vurduğu maliyyə zərərinin miqdarını açıqlayıb - BBN

Avropa Komissiyasının prezidenti Rusiyanın Ukraynaya vurduğu maliyyə zərərinin miqdarını açıqlayıb

Avropa Komissiyasının prezidenti Ursula von der Leyen Rusiyanın Ukraynaya hücumundan sonra müharibənin Ukraynaya gətirdiyi nəticələri haqqında danışan zaman qeyd edib ki, Rusiya dəhşətli cinayətlərinə görə, həm mənəvi, həm də maddi cəhətdən cavab verməlidir.

Ursula xanım əlavə edib ki, Avropa Komissiyası Rusiyanı cəzalandırmaq üçün partnyorları ilə birgə çalışmaqdadır.

BBN.az Avropa Komissiyasının rəsmi LinkedIn platformasındakı qurumun Prezidentinin çıxış postuna istinadən xəbər verir ki, o, bildirib ki, Rusiyanın Ukraynaya vurduğu maliyyə zərbəsi təxminlərə görə 600 milyard avrodur: “Rusiyanın dəhşətli cinayətləri cəzasız qalmayacaq”, – deyə o, əlavə edib.

Prezident bildirib ki, biz Rusiya Mərkəzi Bankının 300 milyard avro ehtiyatını bloklamışıq: “Eləcə də Rusiya oliqarxlarının 19 milyard avro pulunu dondurmuşuq”.

Related posts

Azərbaycan və Belarus turizm sahəsində əməkdaşlığı gücləndirir

“Azerconnect Group” “mygov” platformasına qoşulub

SOCAR-ın ABŞ şirkətləri ilə birgə həyata keçirdiyi layihələr barədə fikir mübadiləsi aparılıb

Bu veb sayt təcrübənizi yaxşılaşdırmaq üçün kukilərdən istifadə edir. Güman edirik ki, bununla razısınız, lakin istəsəniz, imtina edə bilərsiniz. Ətraflı