Avropa Komissiyası Azərbaycan ilə bazar ertəsi günü razılığa gəldilər, belə ki, yaxın 5 ildə, yəni 2027-ci ilə qədər təbii qazın idxalını 2 dəfə artıracaqlar. Bu xəbər Avropa Komissiyasının prezidenti Ursula von der Leyen-nin Bakıya Avropa üçün enerji təchizatını artırmaq danışıqlarından sonra yayılıb.
BBN.az xarici mətbuata istinadən xəbər verir ki, bu razılaşma 5 il ərzində ildə ən azı 20 milyard kub metr Azərbaycanın təbii qazının idxalını əhatə edir, bu Avropa Komissiyasına Rusiya enerjisindən asılılığı azaldacaq.
Von der Leyen deyib ki, Azərbaycan ilə olan yeni memorandum tərəflər arasında enerji əməkdaşlığına dair yeni bir səhifə açır, Rusiyanın enerji asılılığından uzaqlaşmaq üçün əsas tərəfdaşdır.
Bu yeni razılaşma Rusiyanın Ukraynanı işğal etməsindən sonra Avropa Komissiyasının yeni alternativ enerji təchizatçıları axtarışı ilə bağlıdır. Rəsmi Brüselin belə bir addım atmasına, həmçinin səbəb odur ki, Nord Stream 1-dən gələn təbii qaz axını Rusiya tərəfindən yenilənmə ilə bağlı olaraq dayandırılmışdı, nəticədə də təchizat olmamışdı. Rusiyadan Amaniyaya uzanan təbii qaz xəttində işlər həftə sonuna qədər davam etməlidir, amma Rusiyanın Xarici işlər naziri açıqlmasında kəmərin gələcəyinin Moskvaya qarşı sanksiyalar ilə bağlı olduğunu deyib.
Hər-halda rəsmi Moskva Avropaya qarşı silah kimi təbii qazdan istifadə etməsini təkzib edir, amma keçən həftələr Rusiyanın təchizatı 60%-ə qədər azalmışdı.
Reuters tərəfindən görülən sənədə görə, Bakı və Avropa Komissiyası arasında razılaşmaya, əsasən təbii qaz axını Cənubi Qaz dəhlizi kəməri ilə göndəriləcək.
Sənəddə deyilir ki, tələbə bağlı olaraq, 2027-ci ilə qədər illik ən azı 20 milyard kub metr təbii qaz (tədricən-red.) nəql ediləcək. Keçən il kəmər Avropaya 8 milyard kub metr qaz nəql etmişdi. Yeni razılaşma isə Azərbaycana yerli qaz istehsalını artırılmasına sövq edəcək.
Komissiyadan deyilib ki, Azərbaycan artıq göndəriləcək təbii qazın axınını artırır, məsələn, 2021-ci ildə 8,1 milyard kub metr təbii qaz göndərilib, 2022-ci ildə isə 12 milyard kub metrə qədər artırılır.
EuroNews yazır ki, Azərbaycan təbii qazın Avropaya ixracını 2020-ci ilin sonunda başlayıb, bunu isə Trans Adriatik Boru Kəməri ilə edib. Həmin vaxtı, Azərbaycan tərəfi deyirdi ki, hər il Avropaya 10 milyard kub metr qaz nəql etməyi planlaşdırır, bunun çoxu isə İtaliyaya, həmçinin, Yunanıstan və Bolqarıstana nəql olunmalı idi.