Avropa Mərkəzi Bankının qərarı açıqlanıb

Avropa Mərkəzi Bankı dünən keçirdiyi iclasın qərarını açıqlayıb.

Bank faiz dərəcələrini sabit saxlayıb, istiqrazların alınması müddətini 2017-ci ilin martından dekabrına dəyişərək uzadıb, miqdarını isə 80 milyard avrodan 60 milyard avroya endirib.

Bank uçot dərəcəsini 0%, depozit faiz dərəcəsini (-)0,40%, marjinal borc vermə faizini isə 0,25%-də saxlayıb.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır