Deprecated: Creation of dynamic property Penci_AMP_Post_Template::$ID is deprecated in /home/u208552070/domains/bbn.az/public_html/wp-content/plugins/penci-soledad-amp/includes/class-amp-post-template.php on line 46

Deprecated: Creation of dynamic property Penci_AMP_Post_Template::$post is deprecated in /home/u208552070/domains/bbn.az/public_html/wp-content/plugins/penci-soledad-amp/includes/class-amp-post-template.php on line 47
Avropa Mərkəzi Bankı əsas faiz dərəcəsini artırıb - BBN

Avropa Mərkəzi Bankı əsas faiz dərəcəsini artırıb

Avropa Mərkəzi Bankı (AMB) əsas faiz dərəcəsini 0.25% artırmaqla bağlı qərar qəbul edib.  

BBN.az AMB-nin rəsmi səhifəsinə istinadən xəbər verir ki, bildirilir ki, bankın gələcək qərarları inflyasiya və iqtisadiyyatın gələcək inkişafından asılı olacaq.  

“Hazırda iqtisadiyyat zəifdir, ancaq zamanla özünü bərpa edəcək və bizneslər və insanlar daha az xərcləyirlər. Zamanla aşağı inflyasiya, yüksək maaş, yaxşı təchizat vəziyyəti bərpaya kömək edəcək. Eyni zamanda iqtisadiyyat qarışıq mənzərəni xatırladır, turizm inkişaf edir, bununla belə bu sonuncu deyil. İstehsal zəifdir, çünki dünya səviyyəsində tələb azdır. Əmək bazarı güclü olduğundan, işsizlik səviyyəsi rekord aşağıdır. Xidmət sektorunda xeyli işlər yaradılıb, ancaq bir sıra işçilər üçün güclü tələbdən dolayı enmə olacaq. İnflyasiya ensə də hələ də yüksəkdir. Enerji qiymətləri enib, bununla belə səyahətlər, ərzaq bahalıdır”, – deyə AMB-nin açıqlamasında qeyd edilib. 

Bildirilir ki, gəlirlilik və yüksək maaşdan dolayı inflyasiya artır. 

Qeyd edək ki, bundan öncə Amerika Mərkəzi Bankı (FED) da faiz dərəcələrini 0.25 artırmış və onu 5.25-5.5 səviyyəsinə çatdırmışdı.

Related posts

İcbari Sığorta Bürosu 4 yeni elektron xidməti istifadəyə verib

Azərbaycan Mərkəzi Bankı və Beynəlxalq Valyuta Fondu makroiqtisadi vəziyyəti müzakirə edib

Azərbaycan Respublikasının Mərkəzi Bankı: Pul-kredit siyasəti inflyasiyanın hədəf diapazonunda saxlanılmasına yönəlib

Bu veb sayt təcrübənizi yaxşılaşdırmaq üçün kukilərdən istifadə edir. Güman edirik ki, bununla razısınız, lakin istəsəniz, imtina edə bilərsiniz. Ətraflı