Deprecated: Creation of dynamic property Penci_AMP_Post_Template::$ID is deprecated in /home/u208552070/domains/bbn.az/public_html/wp-content/plugins/penci-soledad-amp/includes/class-amp-post-template.php on line 46

Deprecated: Creation of dynamic property Penci_AMP_Post_Template::$post is deprecated in /home/u208552070/domains/bbn.az/public_html/wp-content/plugins/penci-soledad-amp/includes/class-amp-post-template.php on line 47
Avropa Mərkəzi Bankı maliyyə institutlarına xəbərdarlıq edib

Avropa Mərkəzi Bankı maliyyə institutlarına xəbərdarlıq edib

Rusiya Federasiyası ilə Ukrayna arasında sərhəd zonasında gərginliyin mövcudluğu bütün sektorlar kimi, bankçılıq sektorunu da narahat edən səbəblərdəndir. Ötən ay, New York Maliyyə Xidmətləri Departamenti banklara xəbərdarlıq edib. O bildirib ki, ABŞ tərəfindən Rusiyaya sanksiyalar tətbiq olunduğu təqdirdə banklar potensial kiberhücumlara qarşı müdafiə sistemlərini gücləndirməlidir.

Böyük Britaniya Maliyyə Sektoru Departamenti ölkədə fəaliyyət göstərən bütün bankların icraçı direktorlarına məktublar yönləndirib və  onlardan kiber müdafiə mexanizmlərini təkmilləşdirməyi tələb edib.

Son olaraq, Avropa Mərkəzi Bankı (ECB) tərəfindən Avropa banklarına sorğular göndərilib və bankların kiber hücumlardan müdafiə yolları barədə addımları nəzərdən keçirilib. ECB tərəfindən göndərilən xəbərdarlıqda bankların Rusiya mənşəli xaker hücumlarından ehtiyatlı olmaqları tövsiyə edilib.

Qeyd edək ki, yanvar ayında Ukraynanın bir sıra internet səhifələri Rusiya tərəfdən kiber hücumlara məruz qalıb.

Reuters

Related posts

Xalis mənfəətə görə bankların – RENKİNQİ

Aktivlərin həcminə görə bankların – RENKİNQİ

Bank Respublika I rübün yekunlarına görə ölkənin bank sektorunun drayverlərindən biri statusunu təsdiqləyib.

Bu veb sayt təcrübənizi yaxşılaşdırmaq üçün kukilərdən istifadə edir. Güman edirik ki, bununla razısınız, lakin istəsəniz, imtina edə bilərsiniz. Ətraflı