Avropa Mərkəzi Bankının rəqəmsal avro səylərində – Yeni addım

ECB-nin (Avropa Mərkəzi Bankının-red.) verdiyi açıqlamada, Rəhbərlik Şurasının rəqəmsal avronun buraxılması üçün iki il davam edəcək “hazırlıq mərhələsinə” keçmək üçün razılıq verdiyi bildirilib.

BBN.az xəbər verir ki, açıqlamada, 01 noyabr 2023-cü ildə başlayacaq hazırlıq mərhələsi ilə infrastrukturu inkişaf etdirəcək provayderlərin seçilməsini ehtiva edən işlərlə potensial rəqəmsal avronun təməlinin qoyulacağı ifadə edilib.

Açıqlamada, hazırlıq mərhələsinin başlamasının “rəqəmsal avro buraxmaq” üçün yekun qərar olmadığı xatırladılıb. ECB prezidenti Christine Lagarde məsələ ilə bağlı qiymətləndirməsində rəqəmsal avronun sərbəst və fiziki nağd pulla bir arada olacağını deyib. “Biz valyutamızı gələcəyə hazırlamalıyıq”, – deyə prezident bəyan edib.

Xatırlatmaq yerinə düşər ki, ECB 2021-ci ildə rəqəmsal avro yaratmaq layihəsinə start verib və rəqəmsal pulların buraxılışını araşdırmağa başlayıb. Rəqəmsal avronun nə vaxt buraxılacağı ilə bağlı yekun qərarı isə ECB verəcək. Rəqəmsal avro ECB tərəfindən buraxılan və ictimaiyyətə açıq olan Mərkəzi Bank rəqəmsal valyutası olacaq. Rəqəmsal avro nağd avronun rəqəmsal uyğunlaşması kimi istifadə olunacaq.

Related posts

Bank Respublika və Nargis Fondu Şuşada iftar süfrələri təşkil edib

XalqKart-la NFC ödənişlərində daha çox keşbek

Kapital Bank-ın İdarə Heyətinin sədri Fərid Hüseynov “Yüksəliş” müsabiqəsinin qalibi ilə görüşüb