Deprecated: Creation of dynamic property Penci_AMP_Post_Template::$ID is deprecated in /home/u208552070/domains/bbn.az/public_html/wp-content/plugins/penci-soledad-amp/includes/class-amp-post-template.php on line 46

Deprecated: Creation of dynamic property Penci_AMP_Post_Template::$post is deprecated in /home/u208552070/domains/bbn.az/public_html/wp-content/plugins/penci-soledad-amp/includes/class-amp-post-template.php on line 47
Avropa ortaq nəticənin astanasındadır

Avropa ortaq nəticənin astanasındadır

Koronavirus pandemiyası öz təsirlərini tədricən göstərməyə başladığından etibarən Avropa ölkələrinin, xüsusilə Cənubi Avropa ölkələrinin diqqəti Avropa Birliyindən gələcək dəstək planına yönəlib. Lakin, Avropa Birliyinin (EU) maliyyə baxımından daha güclü ölkələri olan Almaniya, Niderland, Avstriya və digərləri, İspaniya, İtaliya, Fransa kimi pandemiyanın mərkəzinə çevrilən və böyük itkilərlə üzləşən ölkələrə yardım etməkdə gecikirlər. Bu isə, öz növbəsində Avropa Birliyi həmrəyliyini sual altında qoyur.

İtaliya, İspaniya, Fransa və digər ölkələr ilkin olaraq birlik tərəfindən sığortalanan “korona istiqrazları”nı dövriyyəyə buraxmağı təklif etmişdi. Lakin, Almaniya kansleri Angela Merkel tərəfindən Avropa liderlərinin virtual görüşündə ortaq borc aləti fikirlərinin istifadəyə verilməsindən imtina edildi.

Avropa Mərkəzi Bankı (ECB) tərəfindən bu yaxınlarda 750 milyard avro həcmində stimullaşdırıcı paket layihəsi başladılıb və bu paket özündə həmçinin hökumətlərin istiqrazlarının satın alınmasını da cəmləşdirir. Lakin, koronavirus pandemiyasının gün keçdikcə daha geniş radiusda yayılması səbəbindən bunun Avropa ölkələrinə kifayət etmədiyi qənaətinə gəlinib.

Həmçinin, Avropa Komissiyası (EC) üzvlərin götürə biləcəkləri borc həcminə qoyduğu limiti aradan qaldırdığını açıqlayıb. Bununla belə, İtaliya, Yunanıstan kimi borclarının ÜDM-dən artıq olduğu ölkələr kreditorlardan maliyyə vəsaiti cəlb etməyə çətinlik çəkdiklərindən bu qərar da öz əhəmiyyətini itirib.

Avropa ölkələri arasında iqtisadi və siyasi təzyiqlərin artdığı dövrdə Brüsseldən müsbət xəbər gəlib. Belə ki, Avropa Birliyinin başlıca ölkələrindən üç rəsmi şəxs “CNBC”-yə ortaq qərarın əldə edilməsində əhəmiyyətli irəliləyişin əldə olunduğunu və yaxın zamanda dəstək proqramının başladıla biləcəyini açıqlayıb.

Dəstəyin isə, 2012-ci ildə yaradılan və fövqəladə vəziyyət halında istifadəsi nəzərdə tutulan Avropa Stabillik Mexanizmi (ESM) vasitəsilə ayrılacağı gözlənilir.

Related posts

BVF Almaniya iqtisadiyyatı və borc əyləci islahatlarını təhlil edib

Avropada müdafiə startaplarına qoyulan investisiya rekord həddə çatıb

AIIB Bakı metrosu ilə bağlı 180 mln. dollarlıq krediti təsdiqləyib

Bu veb sayt təcrübənizi yaxşılaşdırmaq üçün kukilərdən istifadə edir. Güman edirik ki, bununla razısınız, lakin istəsəniz, imtina edə bilərsiniz. Ətraflı